Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vaşinqton Ermənistanın Suriyadakı varlığından narazıdır - Amerikalı ekspert
Tarix: 30.04.2019 | Saat: 13:16:00
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-la siyasət oyununu bir kənara qoyaraq işləməyə başlasın. Vaşinqton Sarkisyan və Koçaryanın hakimiyyətindən narazı olduğu üçün 2008-ci ildə "Minilliyin çağırışı" layihəsi çərçivəsində maliyyələşdirməni dayandırdı. 

Hafta.az-ın məlumatına görə, bu fikirləri Karnegi Fondunun aparıcı elmi işçisi Pol Stronski özünün Tvitter bloqunda yazıb. Ekspert bildirir ki, ABŞ Ermənistana son altı ayda 14 milyon dollar yardım edib. Bu 1992-ci ildən bəri ən yüksək göstəricidir.
"Paşinyan hökuməti siyasət prioritetlərini müəyyənləşdirdikdən, proqramları aydın olduqdan sonra ABŞ Ermənistana daha çox yardım göstərməyə hazırdır" - ekspert bildirib.

Amerikalı politoloq Vaşinqtonu Paşinyandan narazı salan məqamlara da diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın Suriyadakı humanitar missiyada iştirakı, erməni minatəmizləyənlərin Rusiyanın yanında yer alması Vaşinqton üçün böyük məsələdir: "ABŞ bu minatəmizləyənlərin təlimini ciddi şəkildə dəstəkləyib. Bu Ermənistana göstərilən bir milyard dollarlıq yardım çərçivəsində reallaşdırılıb. Bu səbəbdən onların Suriyada Rusiyanın yanında yer alması Amerika auditoriyası üçün çox pis görünüşdür. Bu səbəbdən Paşinyan ABŞ-ı ittihamlamaqdan vaz keçməlidir".

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019