Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Savaşçı”da Məmmədbağır Bağırzadənin mahnısı oxundu - GÜNÜN TƏZADLARI
Tarix: 30.04.2019 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkiyənin sevilən serialı “Savaşçı”da bu dəfə də Azərbaycana yer verildi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, rejissor Kənan M.M.-in komandir Bəxtiyar obrazını canlandırdığı ekran işində Məmmədbağır Bağırzadənin ifasında “Güman yeri var” mahnısı səsləndirilib. Qeyd edək ki, daha öncə serialda Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edilib. Daha sonra Xocalı faciəsindən söhbət açılıb. Hətta müğənni Azərin də serialın bir bölümündə rol alıb.


Hökumət orucluqla bağlı 500 məhsulu ucuzlaşdırdı


Qətər İqtisadiyyat və Sənaye Nazirliyi qonşu ölkələr tərəfindən qoyulan nəqliyyat blokadası səbəbindən ölkəyə məhsulların çatdırılmasındakı məhdudiyyətlərə baxmayaraq, Ramazan ayının sonuna qədər ucuz qiymətlərlə satılacaq 500-dən çox ərzaq və qeyri-ərzaq məhsullarının siyahısını açıqladı. Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər yayıb."Bu təşəbbüs əsas supermarketlərlə razılaşdırılmaqla həyata keçirilir və Ramazan ayının sonunadək davam edəcək. Bu, nazirliyin müqəddəs ayda, adətən,0 tələbatın artdığı malların alınmasında insanlara kömək etmək vədinə müvafiqdir. Dükanlarla birgə biz bu cür ərzaq növlərinin siyahısını müəyyən edib onlara daha uyğun qiymətlər qoymuşuq", –Nazirliyin açıqlamasında belə deyilir.
Bu il Qətərin sözügedən nazirliyində ucuzlaşdırılan malların siyahısına un, şəkər, düyü, makaron, süd və bir sıra qeyri-ərzaq məhsulları daxil edilib. Bütün əsas iri satış şəbəkələrinə qiymətləri azaltmaq üçün lazım olan məhsulların siyahısı verilib. Nazirlik mağazaların bu göstərişi necə həyata keçirəcəklərini öyrənmək üçün gözlənilmədən və tez-tez yoxlamalar aparmağa söz verib. Bundan əlavə, Qətər hökuməti alıcılardan Ramazan ayı boyunca ticarət obyektlərinin qiymətlərin azaldılması siyasətinə əməl etmədikləri təqdirdə şikayət etmələrini də xahiş edib.


İraqda qum fırtınası evləri uçurdu


İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralandı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb. Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər vəfat edib. Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.


“Google”nin binası yandı – 4 nəfər öldü


ABŞ-ın Sietl şəhərində “Google”un yeni binasında bədbəxt hadisə baş verdi. Hafta.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb. Binanın inşasında istifadə olunan qaldırıcı kran gözlənilmədən qırılaraq aşıb. Avtomobilləri əzib binalara ziyan vuran kran ilkin məlumata görə, 4 nəfərin ölümünə, 3 nəfərin isə ağır yaralanmasına səbəb olub.Yaralılardan ikisi ana və azyaşlı uşaqdır. Kran qəzasına güclü küləyin səbəb olduğu ehtimal edilir.


Goranboyda hərəkətdə olan qatar yandı


Goranboyda hərəkətdə olan qatarı alov bürüdü. Hafta.az yazır ki, “ONA”nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli stansiyası yaxınlığında qeydə alınıb. Gəncə deposuna məxsus qatarın mühərrik hissəsində yanğın baş verib. Yanğın söndürülüb, xəsarət alan yoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019