Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıxanovun küçələri gecələr işıqlandırılmır
Tarix: 30.04.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtda irimiqyaslı abadlıq və quruculuq işləri geniş vüsət alıb, yeni-yeni müasir, gözoxşayan və ürəkləri riqqətə gətirən istirahət parkları salınır, küçə işıqlarına kimi quraşdırılır.

Bir sözlə, şəhər sakinlərinin istirahəti və gecələr küçələrlə təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılır. Lakin son vaxtlar Sabunçu rayonun mərkəzi sayılan Bakıxanov qəsəbəsində küçə işıqları yandırılmadığından, axşamlar küçələr zil-qaranlığa qərq olur.
Sözügedən qəsəbənin qaranlıq və baxımsız küçələrindən biri də Oskar Əfəndiyev küçəsidir. Adıçəkilən küçədə 2 saylı Doğum evi yerləşir. 12 və 20 saylı binaların həyəti, eləcə də doğum evi olan ərazilərdə, marşrut yolunda küçə işıqlarının olmasına baxmayaraq, gecələr onların heç biri yandırılmır.
Əzizə adlı sakin “Həftə içi”nə bildirdi ki, axşamlar küçəyə, həyətlərinə çıxa bilmirlər. Onun sözlərinə görə, yaşadıqları binanın həyəti qaranlıq içərisində olur: “Sahibsiz itlər də küçələrdə artıb çoxalıb. Gecələr və səhər tezdən sürü halında ərazidə gəzişir.

 

Gecələr sahibsiz itlər xüsusilə Doğum evinin həyətində daha çox olur. İtlər, hətta gəlib binanın bloklarına, mərtəbələrinə kimi çıxıb yatırlar, insanlara da hücum edirlər. Küçəmiz qaranlıq olduğundan, axşamlar mənzilimizə qorxa-qorxa gedib-gəlirik. Bir azdan havalar qızacaq, istidən mənzillimizdə beton divarların arasında nəfəs almaq olmayacaq. Küçədə, binamızın həyətində işıq olmadığından, isti yay günlərində asudə vaxtlarımızda həyətə çıxıb təmiz hava qəbul edə bilmirik”. Sakinlər küçə işıqlarının olmaması ilə bağlı aidiyyəti qurumlara, Sabunçu Rayon Küçə İşıqları İdarəsinə kimi müraciət etdiklərini söylədilər. Amma hələ də gecələr Oskar Əfəndiyev küçəsində işıqları yanmır ki, yanmır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib