Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yaponiyanın elmli və yenilikçi imperatoru - Naruhito
Tarix: 30.04.2019 | Saat: 15:28:00
Bölmə:Maraqlı | çapa göndər

Bu gün Yaponiyanın son 200 illik tarixində ilk dəfə olaraq imperator taxtından enir (sonuncu dəfə 1817-ci ildə imperator Koukaku öz arzusu ilə taxtdan əl çəkib) və yerinə vəliəd keçir. Artıq bu müstəvidə təntənəli tədbirlərə start verib və Akihito taxt-tacdan getdiyini Şinto allahlarına bildirmək üçün milli geyimdə məbədə gedərək dini ayini də icra edib.. Söhbət imperator Akihitonun taxtını oğlu Naruhitoya verməsindən gedir. Maraqlıdır, dünənin vəliəhd şahzadəsi, sabahın isə imperatoru olacaq Naruhitonun hakimiyyəti dövrünə "Reiwa" (yaxşı intizam) adının veriləcəyi gözlənilir. Hansı ki, artıq eks olan Akihitonun dönəmi "Heisei" (sülhə nail olmaq) adlandırılırdı.

Bir az da keçmiş və gələcək imperatorların həyatı ilə tanış olaq:

Artıq tarixə qovuşan və Yaponiyanın sayca 125-ci imperatoru olan Akihitonun 86 yaşının içindədir. O, 1933-cü il dekabrın 23-də Tokioda doğulub. Yamato soyundandır. Atası Yaponiya imperatoru Hirohito və anası imperatriça Naqakodur. O, Yaponiyanın əfsanəvi qurucusu imperator Cimmunun 125 nəsil dəyişən nəvəsi hesab olunur.

Akihito imperator Hirohito ilə imperatriça Naqakonun beşinci övladı və ilk oğludur, yəni onun özündən böyük dörd bacısı var. Akihitonun 11 yaşı tamamlandıqda, saray qaydalarına uyğun olaraq bütün şahzadələr kimi, orduda xidmət keçməli idi, amma atası icazə verməyib və bununla da 1500 illik ənənədə dəyişiklik baş verib. O, təhsilini Gakuşuin liseyində alıb. Eyni zamanda, amerikalı müəllimə xanım da ona əlavə dərs deyib. Daha sonra siyasi elmlər üzrə Qakuşuin Universitetinə daxil olub. Tennisoynama və atçapma kimi uğurlara yiyələnib.

II Dünya Müharibəsinin yapon cəmiyyətində yaratdığı bir çox dəyişikliklə birlikdə imperatorun dövləti idarə etmək kimi səlahiyyətləri ləğv olunub. Hazırda imperator, sadəcə, milli bayramları, dövlət tədbirlərini və sair idarə edən simvolik vasitədir (əsas səlahiyyətlər baş nazirin rəhbərlik elədiyi hökumətdədir).

Akihito məktəb illərində ingilis dilini, Qərb mədəniyyətini mükəmməl şəkildə öyrənərək, dünyagörüşünü genişləndirib. O, atası kimi dəniz biologiyası sahəsində işləməyə üstünlük verib, qaya balığı üzərində apardığı araşdırmaları ilə məşhurdur.

1952-ci ildə vəliəhd-şahzadə elan edilən Akihito 1953-cü ildə ilk dəfə xarici səfərə çıxaraq Londonda kraliça II Elizabetin tacqoyma mərasiminə qatılıb. O, 1959-cu ildə 1500 illik bir ənənəni dəyişərək soylu ailədən deyil, varlı iş adamının qızı Miçiko Şoda ilə evlənib. 1960-cı ildə onların ilk oğlan övladı olan Hiro-no Miya (Naruhito) dünyaya göz açıb. Ümumilikdə imperator Akihitonun 3 övladı - Hirono Miya (Narihito) və Fumihito Akişino adlı iki oğlu, Sayako Kuroda adlı bir qızı var var.

Qeyd edək ki, imperator Akihito şinto dininə sitayiş etsə də, xanımı Şoda Miçiko katolikdir.

Akihito atasının vəfatından sonra – 1989-cu il yanvarın 7-də imperator elan edilib və 30 il ərzində taxtın sahibi olub.
Bəs necə oldu ki, imperator Akihito taxtını oğluna ötürdü? Buna səbəb onun səhhətində yaranmış problemlərdir. Sağlamlığını qorumaq üçün, Akihito 13 iyul 2016-cı ildə ailənin böyük oğlu Naruhitonu vəliəhd-şahzadə elan edib.

Bəs Naruhito kimdir, nə işlə məşğul olub və necə dünyagörüşünə malikdir?

Ölkənin 126-cı imperatoru olan 59 yaşlı Naruhito 1960-cı ilin fevralında Tokioda doğulub. Onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi olub. Hələ 4 yaşı olanda prestijli Gakushuin məktəb sistemində qeydiyyata alınıb. Bu Yaponiyada elit ailələrin uşaqlarının təhsil aldığı məktəbdir. Naruhito orada coğrafiya klubuna üzv olub.

1974-cü ilin avqust ayında 14 yaşlı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərilir və o, Kolin Harper adlı biznesmenin ailəsində yaşayıb. Bu müddətdə Naruhito ev sahibinin uşaqları ilə skripka çalıb, tennis oynayıb, Lonsdeyl ərazisində at sürüb və Uluruya dırmanıb. O, hətta Avstraliyanın vacib dövlət adamları üçün rəsmi naharda skripka da çalıb.

Naruhito Gakushuindan 1982-ci ildə tarix fənni üzrə bakalavr dərəcəsi ilə məzun olub. Növbəti ilin iyulunda İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç aylıq ingilis dili kursu keçib. Naruhito burada 1986-cı ilə qədər qalıb. O, İngiltərədə qaldığı 4 il ərzində Yapon və Dram cəmiyyətlərinə qoşulub, karate və cüdo cəmiyyətlərinin fəxri prezidenti olub.

 

Mertonda olduğu ilk 3 ildə Böyük Britaniyanın tarixi-inzibati hissələri olan Şotlandiyada Ben Nevis, Uelsdə Snowdon və İngiltərədə Scafell Pike zirvələrinə dırmanıb. Temza çayının nəqliyyat tarixini araşdıran şahzadə Tokioya qayıdandan sonra su kanallarının tarixinə dair doktorluq dissertasiyası müdafiə edib.

1993-cü il iyunun 9-da Naruhito Masako Ovada ilə ailə qurub və hazırda onların 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var.

Bu yerdə qeyd edək ki, yeni imperator Yaponiya Qırmızı Xaç Komitəsinin fəxri vitse-prezidenti, 2007-2015-ci illərdə BMT baş katibinin Su və Sanitariyaya görə məşvərətçi şurasının fəxri prezidenti olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019