Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Məktəblərdə iki min uşaqla bir psixoloq işləyir" - MÜSAHİBƏ
Tarix: 01.05.2019 | Saat: 13:36:00
Bölmə:Müsahibə | çapa göndər

Texnologiyanın inkişaf etməsi, əlçatanlığın yaranması, vaxt itkisinin qarşısını alınması, özü ilə başqa bir problem gətirdi. Bu gün sirr deyil ki, insanlar daha çox internetə meyil göstərirlər. İnformasiya bolluğu isə stressə, gərginliyə gətirib çıxarır. Eləcə də özünəqapanma, özgüvənsizlik yaranır. İradəsi zəif olan insanlar isə çıxış yolunu intiharda görürlər. Hafta.az-ın suallarını tanınmış psixoloq Fərqanə Mehmanqızı cavablandırır:

 - Yeni dövr sanki insanların psixoloji problemində də dəyişiklik edir. Əsəblər gərginləşir, həssaslaşır. Bunu İKT-lə bağlayanlar da olur, elə sosial durumlarla da. Sizcə bunların təsiri kimi qiymətləndirmək olar?

- Zaman keçdikcə, texnologiya inkişaf etdikcə və məlumatların çoxluğundan insanların psixologiyasında müəyyən dəyişikliklər baş verir. Amma, bu dəyişikliklərin səbəbi bizdən öncə qoyulan, minanın partlamasının səbəbidir. Doxsanıncı illərin uşaqları bu gün yetişkin insanlardır. Bu günün uşaqları isə həmən yetişkin insanların psixologiyasına uyğun davranış sərgiləyirlər. Onların tərbiyə etdiyi uşaqlarda bu gün aqressiya, özgüvənsizlik problemi hökm sürür. Təbii ki, burada sosial şəbəkələrin, saytların rolu böyükdür. Eyni anda müxtəlif xəbərlər oxuyurlar, bu da psixologiyaya təsirlərini göstərmiş olur. Səhər durub sosial şəbəkələrə daxil olursan, ardıcıl müxtəlif mövzuda xəbərlər oxuyursan və beyində gərginlik yaranır. İnsan o zaman aqressiv olur.

- İntihar, bədbinlik, özünəqapanma hallarında deyirlər ki, psixoloqlara müraciət etmirlər. Doğrudan belədirmi?

- Deməzdim ki, müraciət edənlər azdır. Edənlər var. Bu gün özünəqapanma, özgüvənsizliklə bağlı psixoloqlara çoxlu müraciətlər olunur. Sirr deyil ki, psixologiya elmi inkişaf edir. Psixoloji mərkəzlər yaradılır. Əgər təlabat olmasaydı bu qədər mərkəzlər yaradılmazdı. Həmçinin bu qədər psixoloqlar da meydana çıxmazdı.

- Belə çıxır ki, cəmiyyət psixoloqlara inanır ...

- Əlbəttə, inanırlar. Bu gün diplomsuz psixoloqlar da vardır. Üç aylıq sertifikatla durub psixoloq işləyirlər. Nəticə göstərir ki, psixoloqa ehtiyac çoxdur. Yaxşı olardı ki, bu təlabata cavab verə bilən psixoloqlar yetişsin.

- Məktəblərdə psixologiya fənni tədris olunur. Ancaq görünən odur ki, bu sahədə ciddi problemlər mövcuddur...

- Məktəblərdə ümümiyyətlə psixologia ilə bağlı heç bir iş görülmür. Ona görə ki, məktəblərdə iki min və daha çox uşaq olur. Lakin belə məktəblərdə bir psixoloq işləyir. Düşünün ki, bir psixoloq iki min uşaqla işləyə bilərmi? Əlbəttə, bu mümkün olan bir iş deyil. Azlıq çoxluğa tabe olur. Hər bir psixoloq işlədiyi məktəbdə gedib sinifdə dərs zamanı müəllimdən icazə alıb, psixi durumu yaxşı olmayan uşaqla maraqlansın. Belə deyək də dərsi pozsun. Buna valideyn, müəllim razıdırmı? Ona görə də məktəblərdə olan psixoloqların işi passiv görünür.

- Diqqət çəkən məqamlardan biri də odur ki, hər il ali məktəblərə qəbul prosesindən sonra intihar halları baş verir...

- Abituriyentlər yeniyetmədirlər. Yeniyetmə vaxtlarında düşünmə tərzi başqa olur. Və onlar öz həyatlarını sanki ali məktəbə qəbul olmaları ilə bağlayırlar. Mən deyərdim ki, burada valideynlərin günahı çoxdur. Günümüzdə belədir ki, valideynlərin əksər böyük hissəsi övladının ali məktəbin qazanmasını ən böyük uğur hesab edir. Uşaq da beynində bu fikir var-gəl edir. Əgər qəbul olmasam cəmiyyətdə mənə baxış necə olar deyə özünə qapanır. Düşünür ki, artıq cəmiyyətdə özünə yer tuta bilməz. Bu kimi hallardan sonra intihara meyillik artır. Valideynlər uşaqlarını psixoloji tərbiyyə edərkən onlara bildirməlidirlər ki, “hər nə olur olsun, sən mənim övladımsan”. Mən səni sevirəm, dəyər verirəm desə, təbii ki, yeniyetmə də intihara can atmaz. Həddindən artıq həssas təbiətli yeniyetmələri psioxoloji seminarlara yönəldilməlidirlər.

- Sizə müraciət edənlər arasında ən çox nə ilə bağlı olur?

- Adətən ailə terapiyası üçün müraciətlər olur. Bu gün mənə müraciət edənlər içərisində aqressiya, özgüvənsizliklə müraciətlər üstünlük təşkil edir. 

- Azərbaycan dünya praktikasından lazımı qədər yararlana bilirmi?

- Azərbaycan və bütün dünya psixoloqları standartlaşdırılmış psixologiya praktikasından yararlanırlar. Yəni hər bir ölkədə ayrıca psixologiya qaydaları kəşv olunmur. Stabil psixodiaqnostikalar, terapiyalar mövcuddur. Psixoloqlar assosiyasiyası var. Biz də onlardan proqramları alıb tətbiq edirik.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019