Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Macar analar Avropa İttifaqı üzrə orta göstərici ilə müqayisədə az övlad dünyaya gətirirlər
Tarix: 01.05.2019 | Saat: 15:38:00
Bölmə:Dünya | çapa göndər

“Avrostat” Statistika İdarəsinin bu yaxınlarda dərc edilmiş məlumatına görə, keçən il Avropa İttifaqı zonasında doğulmuş uşaqların sayı 5 milyondan bir qədər çox olub. Onların 45 faizi ilk hamiləlikdən, 36 faizi ikinci, 19 faizi isə üçüncü və ya daha sonrakı hamiləlikdən doğulan uşaqlardır.

İlk övladı keçən il doğulmuş qadınların orta yaşı 29,1 il olub. Dördüncü və ya daha sonrakı övladları keçən il dünyaya gəlmiş anaların ən çoxu Finlandiyada (10,3 faiz) qeydə alınıb. İrlandiyada bu göstərici 9 faiz, Böyük Britaniyada 8,8 faiz, Slovakiyada 8,1 faiz, Belçikada 8 faiz olub.

Hafta.az xəbər verir ki, statistikaya görə, ümumi doğum göstəricisi əmsalının ən yüksək qiyməti Fransada (hər qadın üçün 1,9 doğuş), ən aşağı göstərici isə Maltada (1,26) qeydə alınıb.

İlk övladı keçən il doğulmuş gənc anaların sayı üzrə Rumıniya birinci yerdədir (13,9). Bolqarıstanda bu göstərici 13,8 faiz, Macarıstanda 9,9 faiz və Slovakiyada 9,5 faiz olub. Ehtimal ki, bu rəqəmlər həmin ölkələrdə qaraçı əhalinin yüksək faizi ilə əlaqədardır. 2017-ci ildə Macarıstanda ümumi doğum əmsalı hər qadına 1,54 doğuş təşkil edib. Bu əmsal Aİ üzrə orta göstəricidən (1,59) bir qədər aşağıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019