Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanda işsizliyin səviyyəsi 20,4 faizə çatıb
Tarix: 01.05.2019 | Saat: 16:08:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistan işsizliyin səviyyəsinə görə MDB ölkələri arasında “lider” mövqeyini qoruyub saxlayır. Belə ki, açıqlanan son statistik rəqəmlərə görə, bu ölkədə əməkqabiliyyətli əhalinin 20,4 faizi (234 min vətəndaş) işsizdir. Lakin işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğu bildirilir.

Hafta.az hayeli.am-a istinadla xəbər verir ki, rəsmi statistik rəqəmlərə görə, Ermənistanda əhalinin əməkqabiliyyətli hissəsinin yarısından da azı - cəmi 915 min nəfər işlə təmin olunub. Amma bu ölkənin Statistika Komitəsinin rəsmi nümayəndəsi Lusine Kalantaryan bildirib ki, əməkqabiliyyətli insanların bir hissəsi iş axtarmaq üçün rəsmi orqanlara müraciət etməyib və onların sayı bu statistikada əks olunmayıb. “Məsələn, sosial vəziyyəti ağır olan bir çox kənd sakinləri işləmək istəyirlər, lakin onların yaşadıqları rayonlarda iş tapmaq imkanları yox dərəcəsindədir. Digər tərəfdən, bir çoxları peşələrinin lazımsızlığı ucbatından işsiz qalıblar və yeni peşə öyrənmək üçün maraqları yoxdur. Digər tərəfdən, uzun illərdir işsiz qalan və ümidlərini itirmiş insanlar da iş axtarmaqdan usanıblar və rəsmi olaraq qeydiyyatdan keçmirlər”, -deyə Kalantaryan əlavə edib.

Rəsmi hesabatlara görə, Ermənistanda uzun müddət işsiz qalanların sayı 115 min nəfərdən çoxdur. Son aylar Paşinyan hökumətinin hökumət strukturlarında apardığı ixtisarlar nəticəsində bu insanlara minlərlə yeni işsiz əlavə olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019