Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Orta əsrlər Avropasının ölüm maşınları Bakıda – FOTOLAR
Tarix: 01.05.2019 | Saat: 17:10:00
Bölmə:Reportaj | çapa göndər

Sizə hardan danışım, nədən xəbər verim, “İçərişəhər” Muzey Mərkəzində nümayiş olunan İnkvizisiya dövrünün orta əsr işgəncə alətlərindən. Əvvəla, oraya daxil olmaq üçün girişdəcə 5 manatınızı stolun üstünə qoyub biletinizi götürməlisiniz. Sonra azadsınız, daxil olub istədiyiniz qədər işgəncə alətlərinə tamaşa edə bilərsiniz. Nələr yoxdu, nələr...

Əgər sərgiyə getmək imkanınız yoxdursa, o zaman kompüterinizin və ya telefonunuzun ekranına daha da yaxınlaşın. Hafta.az-ın obyektivinin göstərdiklərinə baxın. Əvvəla, onu deyək ki, muzey mərkəzinin təşkilatçılığı, İtaliya və Rusiyanın təşkilati dəstəyi ilə ərsəyə gələn bu sərgidə orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş edilir. Əsas nüanslara keçməmişdən əvvəl onu da bildirim ki, “İçərişəhər” kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir.

Sərgi haqqında qısa arayış:

Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün 70-ə yaxın qurğu nümayiş etdirilir. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiyası dövründə çox geniş yayılmış bir təcrübədir.

Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Təşkilatçılar belə deyir.

Buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur. İçəridəki “ölüm qoxulu musiqi” isə alətlərin “pişvazına” duran ziyarətçiləri və turistləri öz təsirində saxlamağı bacarır.

Məlumat üçün onu da vurğulayaq ki, sərgi bu ilin avqust ayının 18-nə qədər davam edəcək.

Başlayaq “Dartma taxtası”ndan...

Orta əsr kilsələrinin və dövlət məhkəmə sistemlərinin ən qorxunc işgəncə üsullarından biridir. Alətin yanındakı məlumat lövhəsində bu barədə geniş müəlumat verilir. O da qeyd olunur ki, bu işgəncə metodundan bütün Avropa ərazilərində istifadə olunub. İntibah dövrünə qədər ən məşhur işgəncə üsulu kimi ad çıxarıb. Cadügər damğası vurulan elm adamları, qatı canilər bu taxta alətin üzərinə uzadılıb. Dartılıb və günahlarını etiraf etməyə məcbur ediliblər. Taxtanın üzərində indi də qurumuş və qaralmış qan izlərini görmək mümkündür. Həyəcanlı musiqi sədaları altında bu alət adamı tarixin 600-700 il əvvəlinə qaytarırır... Düşündürür.

Ayaqları olan və ya olmayan taxta masanın üzərində cani uzadılır, əvvəlcə məhkumun hərəkətsizliyini, dartınmasını sıfıra endirmək üçün əlləri və ayaqları dəmir qandal keçiricilərə bağlanır, sonra dartılırdı. Sonra zəncirləri dartan baraban işə salınırdı.

Cəllad qurbanın ölümünü tezləşdirmək üçün baraban çarxını tez fırlaya bilərdi ki, bu da məhkumun tez bir zamanda ən azı iki parçaya ayrılması demək idi.

Hətta bu taxta üzərində nisbətən yüngül cəzalar da tətbiq edilirmiş. Qızdırılmış dəmirlə dağlama, döş giləsini sivri məftillərə və mıxlara keçirərək cəzalandırılırmış. Bu növ cəzalar əsasən etirafetmə zamanı tətbiq olunurmuş.

Su ilə işgəncə...

Bu üsul işgəncəni daha təsirli etmək üçün əvvəlcə təqsirkarı tara çəkirmişlər. Başqa bir variantda isə ortası qaldırıla bilən masaya bağlayırmışlar. Sonra onun əlləri və ayaqları qandallanırmış. Daha sonra hərəkətsiz qalan qurbanın ağzına qıf salınırmış. Ardınca su tökülürmüş və udmağa məcbur edilirmiş. Məhkumun su ilə dolmuş qarnını isə kənarda dayanmış iki cəllad ölənə qədər təpikləyirmiş. Hətta bəzən su ilə dolu qarın sivri alətlərlə partladılırmış ki, kənardan baxanlar üçün ibrət olsun. Bu üsulun ən yüngül cəzası isə masaya çılpaq vəziyyətdə uzadılmış məhkumun saatlarla soyuq su şırnağının altında uzadılması idi. Gündə üç dəfə bu üsul təkrarlanırmış...

Cadügərlərin kürsüsü...

Bu adla tanınan inkivizasiya kürsüsü intibah dövrünə qədərki cadügər qadınların edamı üçün nəzərdə tutulub. Cəzanın üç üsulu olub, qorxu işgəncəsi, etiraf işgəncəsi, və əzablı ölüm... hər üç mərhələ işgəncə ilə müşahidə olunub. Cadügər qadınlar günahını boynuna almayanda bu kürsüyə uzadılırmış. Özü də onlarla mıx və sivri uclu kirkirlərin üzərinə. Günahını boynuna aldıqdan sonra cəllad çılpaq cadügərin üzərində otururmuş ki, mıxlar onun bədəninə batsın. Sonra iynəli mancanaqlarla qurbanın bədəni deşik-deşik edilirmiş. Özü də bütün bu işgəncələrin xristian dininin əmri ilə yerinə yetirildiyi vurğulanırmış. Hökmün icrasında baş rahiblər də yaxından iştirak edirmiş. 1693-cü ildə Avstriyada cadügər mariya Vukens 11 gün bu kürsüdə çılpaq vəziyyətdə işgəncə edilsə də ölənə qədər günahını boynuna almayıb.

Gilyotin... ağır başların ağrısı...

Gilyotin — bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən addır. Qeyd edilən üsulla icra olunan edam üsulu isə gilyotinləmə adlanır. Gilyotinin alt hissəsi məhkumun başının yerləşdirilib tərpənməməsi üçün “bərkidildiyi” iki taxtadan, üst hissəsi isə çəkisi 40 kq-dan 100 kq-dək dəyişən iti bıçaqdan ibarətdir.

Alətin hündürlüyü 2-3 metrdir. Hökm icra olunarkən əvvəlcə məhkumun baş hissəsi iki taxta arasında yerləşdirilir, sonra cəllad 2-3 metr hündürdə yerləşən iti bıçağı sürətlə aşağı doğru çəkərək, məhkumun boyun nahiyəsindən başını üzürdü.

Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim və Fransa məclisinin İosif İqnak Giyotin tərəfindən təkmilləşdirilib. Aləti icad edən şəxsin isə Giyotinin müəllimi Antuan Lui olduğu tarixi mənbələrdə qeyd olunsa da, qeyd edilən dövrdən əvvəl Şotlandiyada və İrlandiyada da gilyotindən ölüm maşını kimi istifadə edilirdi. Sözügedən ölkələrdə bu alət “Şotland qızı” adlanırdı. Elə Fransada da bu alətin xalq arasındakı adı məhz “Şotland qızı” idi.

Gilyotinə bənzər edam alətlərindən Avropanın İngiltərə, İtaliya, İsveç, İsveçrə, Almaniya və başqa ölkələrində də qeyri-rəsmi şəkildə istifadə edilirdi. Ancaq bu alət ilk dəfə rəsmi olaraq Fransada edam hökmlərinin icrasında tətbiq edilib. Belə ki, 1789-cu ildə Fransa məclisinə üzv seçilən İ. İ. Giyotin ölkədə edamın vahid və “humanist” üsulla – ağrının minimuma endirilməsi üçün məhkumun başının boyun nahiyəsindən üzülməsi üsulu ilə keçirilməsini təklif edir. Təklif uzun müzakirələrdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir.

Ən insanpərvər ölüm üsulu adlandırılıb. Ona görə ki, işgəncə müddəti olduqca azdır. Ölüm cəzasının yüngül növünə layiq görülənlərə “gilyotinli ölüm” rəva bilinirmiş. Başın bədəndən üzülməsi prosesi də o qədər asan deyil. Onun dəzgahını quran insan o qədər güclü olmalıdır ki, mişar birdəfəyə başı üzə bilsin. Əks halda dəzgahı quranın özü edam edilirmiş. Gilyotinlə əsasən alimlər, kilsəyə qarşı çıxan və xalq arasında nüfuzu ilə seçilən ziyalılar edama məhkum olunurmuş.

Sərgidəki alətlərə baxdıqca gözümün önündə intibaha qədərki Avropa canlanır. Ölüm alətlərinə baxdıqca ölüb-dirilirəm. İçimdən bir səs deyir ki, yaxşı ki, 21-ci əsrdə doğulmuşuq...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019