Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əgər Paulsu əsir götürməsəydik, SSRİ məğlub olacaqdı”
Tarix: 01.05.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

9 May – alman faşızm üzərində Qələbə Gününə sayalı günlər qalıb. Qələbə Günü ərəfəsində Böyük Vətən müharibəsi veteranlarına və onların ailəsinə baş çəkilir, görüşlər təşkil edilir. Belə görüşlərdən biri də Səbail Bələdiyyəsinin təşkilatçılığı ilə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Böyük Vətən müharibəsi veteranı 90 yaşlı Əli Nəsirovla keçirilib.

Həmin görüşdə uzun müddət SSRİ və Azərbaycan Hərbi Dəniz Qüvvəllərinin ehtiyatda olan zabiti, Birinci dərəcəli kapitan Rakif Hüseynov, Adil Məmmədov. Xəzər Dəniz Gəmiçiliyinin sabiq işçisi, təqaüdçü Adil Məmmədov və Səbail Bələdiyyəsiniun sədri Səmədağa Aslanov da iştirak edirdilər. Qafur Məmmədov adına Azərbaycan Dövlət Dəniz Akademiyasının dosenti, Səbail Bələdiyyəsinin üzvü Hacı Babayev çıxış edərək bildirdi ki, Böyük Vətən müharibəsi iştirakçıları cəmiyyətimizin ən yüksəksəviyyəli insanları və qalib ordunun əsgərləridir: “Vaxtilə Səbail rayonunda 300 nəfər müharibə iştirakçısı vardı. İndi isə 7 nəfər qalıb. Biz tez-tez onlara baş çəkirik, maddi və mənəvi dəstək oluruq. Əli dayı da şanlı döyüş yolu keçib. İndi o bizə keçdiyi döyüş yolundan söhbət açacaq».
Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov Berlinə kimi keçdiyi şanlı döyüş yollarını xatırlayaraq dedi: “Müharibə fəlakət deməkdir, ağır günlərdən, odun- alovun içindən keçmişik. Hər bir çətinliyə dözürdük, alışırdıq. Alman ordusu bizdən qat-qat güclü olsa da, məğlub oldu. Ona görə ki, Hitler Almaniyası işğalçı ordu idi, özgə dövlətlərini işğal edə-edə gəlirdi. Amma biz öz torpaqlarımızı qoruyurduq. Sovet ordusu əsgərlərində vətənpərvərlik hissi yüksək idi. Hər döyüşdə həvəslə, “Za Stalina”, “Za Rodina” deyib hücuma keçirdik. Vətənpərvərlik insanın içində olur, genindən, qanından gəlir”.

Müharibə veteranı söyləyir ki, 1924-cü ildə İmişli rayonunda doğulub. Onun sözlərinə görə, sıravi əsgər kimi Tank Əleyhinə Artirelliya Diviziyasında döyüşüb: “Yeddi dil bilirdim, alman, polyak, gürcü, erməni, rus, Ukrayna və türkmən dillərində təmiz danışırdım. Döyüşdüyüm diviziyada 15 respublikanın xalqlarından olan əsgərlər iştirak edirdi. Onlardan biri də mən idim. Ukrayna, Stalinqrad, Belarusiya, Polşa, Berlinə kimi gedən döyüşlərdə yaxından iştirak etmişəm. Lvov şəhərnin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Hər döyüşdə çoxlu sayda itki verirdik. Göydən alman təyyarələri bombaları dolu kimi başımıza yağdırırdı, adam başını yuxarı qaldıra bilmirdi. Amma biz inamla döyüşürdük. Çünki arxamızda Vətən vardı, xalq dayanmışdı. Ən ağır döyüşlərdən biri də Stalinqrad uğrunda gedən döyüşlər idi. Alman ordusunun məqsədi Bakı neftini ələ keçirmək idi. Amma onlar buna nail ola bilmədilər. Stalinqrad döyüşlərində çoxlu sayda itki versək də, geri çəkilmədik. Diviziyaya general Rakasovski komandanlıq edirdi.

Çox təcrübəli komandir idi. Və onun komandanlığı altında alman ordusu üzərinə hücuma keçib, feldmarşal Paulsu əsgərləri ilə birlikdə əsir götürdük. Pauls Hitlerin sağ qanadı idi. Bu, almanlar üçün böyük itki oldu. Əgər Paulsu əsir götürməsəydik, SSRİ müharibədə məğlub olacaqdı. Biz almanlara imkan vermədik. Onları sıxaraq şimala doğru apardıq. Rusiyanın soyuq, şaxtalı qışına almanlar tab gətirə bilmirdilər, çünki onlar o mühitə uyğun deyildilər. Bu səbəbdən də onlar qış döyüşlərində məğlub olurdular.
1943-cü ildə Stalinqrad döyüşlərində həmyerlimiz Qafur Məmmədovun ölüm xəbərini eşidəndə çox sarsıldım. Çox cəhd elədim ki, onun dəfnində iştirak edim. Amma buna nail ola bilmədim. Çünki müharibə idi, bizi 10 metr kənara buraxmırdılar.

1943-cü il fevral ayının 23-də Stalinqraddan Qara dəniz sahili ilə döyüşə-döyüşə Ukraynaya girə bildik. Lvov döyüşü çox ağır keçdi. Stalinqrad döyüşlərində alman ordusunun böyük itkilər verərək məğlub olduğunu görən Hitler bütün zabitlərini geriyə – Berlinin müdafiəsinə çağırdı. Həmin döyüşlərdə bir alman zabitini təkbaşıma əsir götürdüm. O, gizli yolla qaçmaq istəyirdi. Cəld qabağa keçib onu yaxaladım və əsir götürdüm...
Berlində Hitlerin qoşunu çox idi. Möhkəm müdafiə olunurdu. Berlində 4 dövlətin ordusu döyüşürdü. 1946-cı ilə kimi Almaniyada qaldıq. Müharibədən sonra Bakıya qayıdıb, 47 il Gəmiçilik Zavodunda mexanik işləmişəm”.
Müharibə veteranı ilə tələbələrin görüşü çox maraqlı keçdi. Bu görüş onların hər birinə vətənpəvərlik ruhu, Vətən sevgisi aşılayırdı. Görüşdən sonra tələbələr və gələn qonaqlar Böyük Vətən müharibəsi iştirakçısı Əli Nəsirovla birgə Sover İttifaqı Qəhrəmanı Qafur Məmmədovun abidəsi önündə xatirə şəkli çəkdiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili