Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident yaxın adamını vəzifədən çıxardı - GÜNÜN TƏZADLARI
Tarix: 01.05.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Şurası (TŞ) katibinin müavini Andrey Vtyurini vəzifəsindən azad etdi. Hafta.az yazır ki, “Qafqazinfo”nun “İnterfaks”a istinadən yaydığı xəbərə görə, Lukaşenko bu barədə Fərmanı aprelin 24-də imzalayıb. Qeyd edək ki, A. Vtyurin iki gün öncə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılıb. O, 150 min dollar rüşvət almaqda ittiham olunur. Andrey Vtyurin ən nüfuzlu belarus hesab olunur, onun adı müvafiq reytinqlərə dəfələrlə daxil edilib. O, 2014-cü ildə TŞ-yə gəlməmişdən öncə 7 il ərzində Prezidentin Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Vtyurin Prezident Lukaşenkoya yaxın şəxslərdən biri olub.


Kadırov ilk nəvəsinin adını İmam Əlinin şərəfinə qoydu


Çeçenistan lideri Ramzan Kadırov bu günlərdə dünyaya gəlmiş ilk nəvəsinə Həzrət Əlinin şərəfinə Turpal-Əli adını qoydu. Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Çeçen Respublikasının başçısı sosial şəbəkələrdə yeni doğulmuş körpə ilə bağlı bir videogörüntü yayıb və burada bu balaca oğlana böyük ümidlər bəslədiyini bildirib. R.Kadırov nəvəsinə Turpal-Ali adı verilməsinin səbəblərini də izah edib. "Mənim sevimli nəvəm, mənim Turpal-Əlim, sən hələ çox kiçiksən. Amma səni bizə verən Allah kövrək çiyinlərinə böyük bir məsuliyyət qoyub. Başqa cür necə ola bilər ki? Birincisi, sən öz adını İslamın böyük sərkərdəsi İmam Əlinin şərəfinə daşıyırsan. İkincisi, sənin atan Peyğəmbərimizin(s) sevimli əmisi Həmzənin adını daşıyır. Üçüncüsü, sən çeçen xalqının unudulmaz xilaskarı Əhməd-Hacının nəticəsisən. Balaca, görürsən, boynunda nə qədər xeyir və məsuliyyət var?” - deyə videoya şərhində Çeçenistan başçısı yazıb. Qeyd edilir ki, körpənin atası Çeçen Respublikası liderinin qardaşı oğlu Həmzət Kadırovdur. Həmzətin atası Zəlimxan 2004-cü ildə qəza nəticəsində faciəli şəkildə həyatını itirib. Bundan sonra Ramzan Kadırov Həmzəti oğulluğa götürüb və bu səbəbdən onun ilk övladını özünün ilk nəvəsi kimi qəbul edib.


Paşinyan Rusiya Baş nazirini gecə klubuna apardı


Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün Yerevanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedevi aprelin 29-da gecə saat 10-da “Club-12” adlı gecə klubuna apardı. Hafta.az yazır ki, Oxu.az-ın yaydığı xəbərə görə, bu barədə erməni mediasına klub sahibi Narek Manukyan məlumat verib. O deyib ki, liderlər gözlənilmədən kluba gəliblər və desert, paxlava sifariş veriblər. Məşhur mahnılardan birini çox bəyənən Medvedevlə Paşinyan günün yorğunluğunu rəqs edərək çıxarıblar. “Çox pozitiv atmosfer idi. Onlar rəsmi geyinməmişdilər. Ünsiyyət formaları da rəsmi deyildi”, - deyə Manukyan bildirib.


Oğlan səhvən qayınatası ilə nikah kəsdirdi


Türkiyədə nikah bağlayan cütlüyün başına görünməmiş hadisə gəldi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Dənizli vilayətində Zəkəriyyə Karataş nişanlısı ilə Soma Bələdiyyəsi Nikah İdarəsinə gediblər. Gənclər sadə şəkildə keçirilən mərasimlə evləniblər. Nikah bağlandıqdan sonra evlərinə gedən cütlük nikah kağızına baxınca şok keçiriblər. Kürəkən Zəkəriyyə Karataş nikah kağızında arvadının adının yazıldığı yerdə qayınatası Müzəffər Yılmazın adının yazıldığını görüncə gözlərinə inana bilməyib. Sənəddəki səhvi başa düşməyən cütlük vəziyyəti ailə üzvlərinə danışıblar. Cütlük səhvin düzəldilməsi üçün nikah idarəsinə gedib. Hadisəni gülərək danışan Karataş bir an əvvəl səhvin düzəldilməsi lazımi müraciəti etdiyini bildirib. Cütlüyün bu tələbini yerinə yetirən nikah idarəsi isə lazımi düzəlişləri etmək üçün fəaliyyətə başlayıb.


İranda Ramazanöncəsi xurma ixracı yasaqlandı


İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə mayın 1-dən xurma ixracı qadağan edildi. Hafta.az xəbər verir ki, “Trend”in məlumatına görə, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib. Həmçinin, qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın. Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib. Qeyd edək ki, son həftə ərzində İranda 1 kq xurmanın qiyməti 300-350 min riala (təxminən 7,14-8,33 dollar) qədər bahalaşıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019