Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Havanın təmizlənməsi üçün süni ağaclar yaradılıb
Tarix: 01.05.2019 | Saat: 22:23:00
Bölmə:Maraqlı | çapa göndər

Amerika alimləri çirklənmiş havanı təmizləyə biləcək süni ağaclar yaradıblar.

Bu texnologiya atmosferdəki karbon qazını tutmağa imkan verir. Bu halda havanın mexaniki yolla sorulması və deməli, enerji tutumlu qurğulardan istifadə edilməsi nəzərdə tutulmur.

Bildirilir ki, "yaşıl mexanika" külək axınlarını "süzgəcdən keçirərək" karbon qazı molekullarını tutmağa və təkrar istifadə üçün saxlamağa imkan verir.

Mahiyyət etibarilə bu texnologiya üzrə 1 ton karbon qazının tutulması 100 dollardan da ucuz başa gəlir. Bu, ən ucuz üsuldur.

Hazırda mexaniki ağacları hərəsi 12 gövdədən ibarət olan klasterlər şəklində tətbiq etmək planlaşdırılır. Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbon qazının tutulub saxlanması qlobal istiləşməyə və ətraf mühitin çirklənməsinə qarşı daha səmərəli mübarizə aparmağa imkan verəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019