Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Tarix: 02.05.2019 | Saat: 15:23:00
Bölmə:Sosial | çapa göndər

Son illər orta məktəb şagirdlərinin arzuolunmaz vərdişlərə alüdə olma halları artır. Siqaret, spirtli içki və energetik içkilər məktəblilərin daxili potensialını sübut etməsinə mane olur. Bəs bu kimi halların artması gələcək üçün hansı təhlükələri özündə ehtiva edir?

Mövzunu hafta.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu dedi ki, bu məsələlərlə bağlı universitetlərdə, həm də orta məktəblərdə müəyyən mexanizmlər işlənməlidir: “Get-gedə cəmiyyət mürəkkəbləşir. Bu günki məktəb otuz il bundan qabaqkı məktəb deyil. Xoşagəlməz hallar məktəblərdə özünü daha çox göstərməyə başlayır. Qarşısını almaq üçün ən düzgün yol məktəblərdə sosial iş xidmətinin yaradılmasıdır. Çünki əvvəlki kimi deyil ki, sinif rəhbərinə tapşırasan, nəzarət eləsin. Bu məsələ nə də fizika, coğrafiya müəllimi, heç məktəb direktorunun imkanı daxilində deyil. Məktəbin daxilində təsir mühiti yaranmalıdır. Bu da o vaxt mümkün olar ki, orta məktəblərin hamısında sosial iş xidmətini qurub, şagirdləri o istiqamətdə təsirlər edək. Mən bununla bağlı nazirliyə təklif hazırlayıram. Xoşagəlməz bütün hallar müəyyən olunmalıdır. Xarici ölkələrin də təcrübəsində bu üsullar var. Arzuolunan davranışların yayılması, arzuolunmayan vərdişlərin aradan qaldırılması üçün müyyən mexanizmlər tətbiq edilməlidir”.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, bu kimi vərdişlərə alüdəçiliyin olmaması üçün həmin məhsulların nəzərdə tutulan yaş həddinə qədər satılmasının qadağan olunmasından da çox asılıdır: “Yəni adları çəkilən zərərli məhsulların 18 yaşdan yuxarı insanlara satılması qadağasına riayət olunmalıdır. Valideynlər də övladları ilə bu mövzuda söhbətlər aparmalıdırlar. Çalışmalıdırlar ki, şəfqət və güvən yaransın. Belə olan halda azyaşlı məktəblinin də düşüncəsində “azadlıq” anlayışı pis vərdişlərə getmək kimi başa düşülməz”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019