Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
17 bina ard-arda uçdu - GÜNÜN TƏZADLARI
Tarix: 02.05.2019 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Boliviyanın paytaxtı La Pasda torpaq sürüşməsi nəticəsində 17 bina və çox sayda tikili yerlə bir oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Binalardakı sakinlər vaxtında təxliyə olunduğundan tələfat qeydə alınmayıb. Hakim dairələr yeni torpaq sürüşmələri barədə sakinlərə xəbərdarlıq edib.


Bamsı və Turqut Çeçenistanda qonaq oldu


Dünyaca məşhur türk serialı "Diriliş Ərtogrul" filminin aktyorları mayın 1-də Çeçenistanda oldular. Hafta.az-ın “QroznıTV”yə istinadla verdiyi xəbərdə deyilir ki, heyətə Turqut rolunun ifaçısı Coşkun Cengiz, Bamsı rolunun ifaçısı Sonmez Nurettin, rejissor Bozdağ Mehmet və başqaları qatılıb. Məşhur kino ulduzlarının Çeçenistana səfəri 2019-cu ilin Rusiya və Türkiyənin birgə mədəniyyət və turizm ili elan olunması çərçivəsində həyata keçirilir. “Diriliş Ərtoğrul” qəhrəmanlarını Qroznı hava limanında respublika parlamentinin sədri və digərləri qarşılayıb. Qonaqlar öncə baş çeçen ibadətgahını - Qroznıdakı "Çeçenistanın ürəyi" məscidini və Arqun şəhərindəki "Ananın ürəyi" məscidini ziyarət edib. “Ananın ürəyi” məscidində Bamsı və Turqutu şəxsən Çeçenistan rəhbəri Ramzan Kadırov qarşılayıb və qonaq edib. Səmimi görüş zamanı türk sənətçilər çeçenlərlə birgə şənlənib, rəqs ediblər. Qonaqlar, həmçinin, Çeçenistanın müxtəlif mədəni yerlərində olublar. Türk aktyorları mayın 1-də 1300-dən artıq yarışçının çeçen milli geyimlərində qatıldığı ənənəvi at yürşündə də iştirak ediblər. Xatırladılır ki, Çeçenistan lideri Ramzan Kadırov məşhur türk serialının aktyorları ilə hələ 2018-ci ilin noyabrında İstanbulda filmin çəkiliş meydanında olarkən dostlaşıb.


Ağcabədi Olimpiya Kompleksi “Azəriqaz”ı məhkəməyə verdi


Ağcabədi Olimpiya İdman Kompleksinin "Azəriqaz" İstehsalat Birliyinə qarşı artıq hesablanmış borc məbləğinin silinməsi barədə iddia ərizəsinə baxıldı. Hafta.az yazır ki, “ONA”nın xəbərinə görə, Şirvan İnzibati İqtisadi Məhkəməsində hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi elektron qaydada verilmədiyindən geri qaytarılıb.


Osmanlı sultanının portreti Britaniyada rekord qiymətə satıldı


Londonun “Sotbis” auksion evi italyan rəssam Centile Bellininin şagirdinin çəkdiyi Qanuni Sultan Süleymanın portretini 5 milyon 323 min 500 funt sterlinqə satıldığını bəyan etdi. Hafta.az yazır ki, Avropa.infonun verdiyi xəbərə görə, portret 311 şəkildən ibarət “İslam dünyası incəsənəti” kolleksiyasına daxildir. Portret 1520-ci ildə Venesiyada Sultan Süleymanın taxta çıxdığı dövrdə çəkilib. Rəssam portreti Osmanlı sarayına giriş hüququ olan avropalı diplomatların danışdıqları əsasında çəkib. Portretin ilkin qiyməti 250 mindən 350 min funt-sterlinqəcən dəyişib. Sotbis auksion evinin Yaxın Şərq və İslam incəsənəti üzəri mütəxəssisi Aleksandra Roy Sultan Süleymanın portretinin kolleksiyada təmsil olunan ən qiymətli əsər olduğunu deyib.

 

Tərtərdə avtomobil atlını vurub öldürdü


Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az xəbər verir ki, "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Poladlı kəndində "Lifan" markalı minik avtomobili yol kənarında atla gedən 1979-cu il təvəllüdlü kənd sakini Hüseynov Məhər Məhərrəm oğlunu vurub. Zərərçəkmiş hadisə yerində ölüb. Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019