Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “Qarabağsevəri” - HƏFTƏ REYTİNQ
Tarix: 03.05.2019 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Azərbaycanın sabiq baş naziri Artur Rasizadə mediaya müsahibəsində Qarabağ haqqında maraqlı açıqlamalar verdi:“Bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam etdirilir. Ancaq bəzən görürsən ki, Ermənistan danışıqlar prosesini pozmağa çalışır. Dünya birliyi isə buna göz yumur. Azərbaycan bu cür ədalətsizliklərlə üzləşir... Ancaq erməni xalqı bundan nə qazanıb? Erməni millətçiləri və daşnaklarının siyasəti nəticəsində Qarabağ münaqişəsi yaranıb. Bu gün münaqişə Ermənistan xalqına sərf etmir. Gec-tez işğal altında olan torpaqlar azad olunmalıdır. Bunu erməni xalqı da anlayır. Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu işğala tezliklə son verilsin. Düzdür, Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir... Bilirsiniz, tarix göstərir ki, işğal edilən torpaqlar çox nadir hallarda sülh yolu ilə geri qaytarılır. Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir. Şəxsən mən belə hesab edirəm...”.


Həftənin “şeytanpərəst dövləti”


ABŞ hökuməti “Satanist məbədi” adlı dini icmanı rəsmi şəkildə tanıdı. Bu barədə elə icmanın saytında məlumat verilib. “Tarixdə ilk dəfə ABŞ hökuməti tərəfindən rəsmən tanındığımızı məmnuniyyətlə qarşılayırıq”, - deyə saytda bildirilib. Digər dini məbədlər kimi sözügedən icmanın da ibadət məkanları hər kəsə açıq olacaq. Qeyd edək ki, “Satanist məbədi” icması Arkanzas ştatında kilsə ilə dövlət işlərinin ayrılması yönündə apardığı mübarizə ilə yadda qalıb.


Həftənin “çantdaşıyan deputatı”


“Orta məktəblərdə uşaqları şikəst edirlər, belə getsə, bu millətin gələcəyi olmayacaq... Nəvəm məktəbə gedir, çantasını mən götürə bilmirəm...” Bunu Milli Məclisin plenar iclasında Aqil Abbas söylədi. Deputat qeyd etdi ki, uşaqlar ağır çantaları daşıya bilmir: “Hətta ataların, anaların da beli əyilib bu çantaların ağırlığından. Bu nədir, nə məcburiyyətdir?! Biz də oxumuşuq, biz də məktəbə getmişik”. A.Abbas bundan sonra komitə sədri İsa Həbibbəyliyə müraciət etdi: “Heç olmasa bu kitabları elə kağızlarla istehsal etsinlər ki, yüngül olsun. İslahatın biri də bu məsələ ilə bağlı olsun. Nəvəm məktəbə gedir, çantasını mən götürə bilmirəm. Heç olmasa növbəti tədris ilində bu məsələyə fikir vermək lazımdır, İsa müəllim!”.


Həftənin “kinorejissoru”


Keçmiş amerikalı prezident Barak Obamaya məxsus olan “Higher Ground Production” şirkəti Maykl Lüisin “Beşinci Risk” adlı kitabının ekranlaşdırılacağını elan etdi. Kitab Obama və Donald Tramp administrasiyaları arasındakı keçid dövründən, hakimiyyətin təhvil-təslimindən bəhs edir. Kitabın motivləri əsasında çəkiləcək ekran əsəri bir növ Ağ Ev nümayəndələrindən götürülmüş müsahibələrin toplusu şəklində olacaq. “Hekayələri hansı şəkildə danışmaq lazım gəldiyini göstərmək üçün “Higher Ground” şirkətini yaratdıq. İrqlər və siniflər, demokratiya və vətəndaş hüquqları kimi mövzulara toxunmaqla, hər bir ekran əsərinin təckə əyləncə olmayacağına, həm də hamımızı maarifləndirəcəyinə, birləşdirəcəyinə və ilhamlandıracağına inanırıq”, - deyə B.Obama bildirib.


Həftənin “qaynanasöyən müğənnisi”


Əməkdar artist Lalə Məmmədovanın eks-əri İlham Qafarov “Çıxış yolu” verilişinə müsahibəsində müğənni haqqında şok yaradacaq açıqlama verdi: “Lalə ilə valideynlərimiz 35 illik dost idi. Biz görüşdük, aramızda münasibət yarandı. Atam rəhmətə gedəndən sonra anam bizimlə yaşamağa başladı. Ondan sonra 2012-ci ildən aramızda problemlər yarandı. Onda bir uşağımız vardı, o qızımızı götürüb, rəfiqəsigilə getdi. 5 dəfə onun yanına getdim, məni qovdu. Yeni il günü onu evə gətirdim. Sonra Lalə dəyişdi, çox əsəbi idi. Bir dəfə evdə dava oldu, anamı təhqir etdi, mən də ayrılmağa qərar verdim. İkinci uşağa hamilə idi. Anamı söydüyü üçün uşaqla maraqlanmıram. Biz düşmən kimi ayrıldıq...”.


Həftənin “azərbaycanlı pəhləvanı”


Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (“Mədəni şəhər”) festival hərəkatının açılışında tanınmış azərbaycanlı pəhləvan Əmir çıxış etdi. Əmir öz fiziki bacarıqları ilə yerli sakinləri heyran qoyub. Pəhləvan bir saatlıq şou ərzində müxtəlif təhlükəli fəndlər göstərib, iti əşyaların üzərində gəzib, əli ilə dəmir mismarları əyib. Azərbaycanlı qonağın final tryukunda avtomobillərdən istifadə olunub. O, saçları ilə ağır avtomobili yerindən tərpədib və bir neçə metr irəliləyib. Onun bu inanılmaz hərəkəti gur alqış sədaları ilə müşayiət olunub. Qeyd edək ki, 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.


Həftənin “Nəsimişünas artisti”


Əməkdar artist Elza Seyidcahan Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etdi. "Sənə bənzər" adlı gecəni izləməyə şou-biznesin tanınmış simaları qatılıb. Konsertin ilk dəqiqələrində zalın çox hissəsi boş olsa da, sonradan yerlər dolub. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən gecəni əməkdar artist "Nəsimi divanı" adı verdiyi mahnısı ilə açıb. Onu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, "Dalğa" aşıqlar qrupu, "Azərbaycanın səsi" yarışmasındakı tələbələri müşayiət edib. Seyidcahan hər mahnı üçün Azərbaycan Dövlət Pantomima teatrının aktyorları ilə səhnəcik hazırlayb. İfaçının rəqsləri və geyimi də diqqət çəkib. O bildirib ki, səhnəyə geyindiyi ilk geyim "Nəsimi divanı" adlanır.


Həftənin “infarkt qapıçısı”


Portuqaliyalı "Porto" komandasının qapıçısı, futbol üzrə dünya çempionu İker Kasilyas ürəktutması diaqnozu ilə xəstənəxanaya yerləşdirildi. Son məlumatlara görə, məşhur futbolçusun vəziyyəti yaxşılaşıb. Kasilyas ona göstərilən diqqətə görə öz Twitter səhifəsində təşəkürünü bildirib: "Hər şey öz qaydasındadır, mən güclü qorxu keçirmişəm, amma sağ-salamat qaldım. Sevgi və dəstək mesajlara görə çox sağ olun". Xatırladaq kı, 37 yaşlı idmançı ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, martda məşhur futbolçunun "Portu" klubu ilə müqaviləsi daha 1 il müddətinə uzadılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019