Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda oğul arvadı ilə birləşib anasını döydü - GÜNÜN TƏZADLARI
Tarix: 03.05.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda ana oğlu və gəlini tərəfindən döyüldü. Hafta.az yazır ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu Y.Əliyev küçəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Məmmədova Minayə Ayıl qızı yaşadığı evin qarşısında döyülüb. Qadının oğlu - 1985-ci il təvəllüdlü Azər Məmmədov və gəlini, 1987-ci il təvəllüdlü Şəfəq Məmmədova tərəfindən döyüldüyü məlum olub. Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.


Meymunlar yanğınsöndürən maşına hücum etdi və...


Malayziyanın qərbindəki Gerik şəhərində meymunlar yanğınsöndürən maşına hücum etdi. Hafta.az xəbər verir ki,“Trend”in məlumatına görə, hadisə nəticəsində 5 yanğınsöndürən xəsarət alıb. Qeyd olunur ki, meymunların hücumu nəticəsində mühərrik sıradan çıxıb və maşın aşıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Sürücü avtomobili meymunlardan qaçırmağa çalışdığını və nəticədə idarəetməni itirdiyini deyib.


Xərçəng senatorun prezidentliyə namizədliyini verəcəyi bilindi


Kolorado ştatının senatoru Maykl Bennetin ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək fikrində olduğu bilindi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bu barədə o, şəxsi “Twitter” səhifəsində bildirib. Bennetin sözlərinə görə, bu addımı atmağa onu iki nüans - əksər amerikalılar üçün iqtisadi imkanların olmaması və Vaşinqton hakimiyyətinin nüfuzunun bərpa edilməsi istəyi vadar edib. Qeyd edək ki, 54 yaşlı M.Bennet prostat vəzi xərçəngindən əziyyət çəkir. Bununla belə, o, namizədliyini irəli sürməkdə qərarlıdır.


Leonardo da Vinçinin ikinci portreti tapıldı


Alimlər Vindzor qalasında rəssam Leonardo da Vinçinin ikinci portretini aşkar etdilər. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, portretin mayın 24-də Bukinhem sarayında keçiriləcək sərgidə nümayiş etdirilməsi planlaşdırılır. "Royal Collection"un əməkdaşı Trust Martin Kleyton kral ailəsinin kolleksiyasından qarşıdan gələn sərgi üçün şəkilləri seçərkən məşhur ustanı tanıyıb. İlkin məlumata görə, eskiz 1519-cu ildə, rəssamın ölümündən az əvvəl çəkilib. L. Vinçi yenicə tapılmış portretində kədərli və yorğun görünür. Güman edilir ki, şəkilin müəllifi rəssamın şagirdlərindən biridir. Alimlər indiyədək rəssamın sağ ikən çəkilmiş yalnız bir rəsminin olduğunu bilirdilər.


Bərdədə yanacaqdoldurma məntəqəsində yanğın oldu


Bərdədə yanacaqdoldurma məntəqəsində yanğın baş verdi. Hafta.az yazır ki, "Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən Vüsal Əliyevə məxsus obyektdə qeydə alınıb. Belə ki, "İdeal Petrol" yanacaqdoldurma məntəqəsinin yardımçı binasında elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanğın olub. Hadisə zamanı hava balonu və digər əşyalar yanaraq kül olub. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun yayılmasının qarşısı alınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019