Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Restoranlarda iftar süfrəsi – MENYU-QİYMƏTLƏR
Tarix: 06.05.2019 | Saat: 13:27:00
Bölmə:Reportaj | çapa göndər

Bu gündən on bir ayın sultanı - Ramazan ayı başlayır. Hər il Ramazan ayında bir çox restoranlar iftar süfrəsi təşkil edir. Bəs bu il orucunu şəhərimizin restoranlarında açanlar üçün iftar süfrələri neçəyə başa gələcək?

Hafta.az şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən restoranlara baş çəkib.

İlk öncə metronun "İnşaatçılar" stansiyasına yaxın yerləşən “Daşfırın” restoranında olduq. Ofsiant deyir ki, bizdə ayrıca iftar menyusu hazırlanmayıb: “Açıq bufetdən də sifarişlər ola bilər. Ancaq daha münasib olsun deyə girişdə kiçik bir reklam xarakterli iftar süfrəsində verə biləcəyimiz yeməkləri əllə adi qaydada yazmışıq. Əgər müştəri başqa nəyisə arzu edərsə o zaman bu nəzərdə tutduğumuz menyunun qiymətinin üzərinə əlavə ediləcək”.

Elə həmin ərazidə yerləşən “Adana restoran”nında da olduq. Bu restoran hər gün adamla dolu olsa da, bu gün içəridə müştəri yoxdur. Axşam iftar süfrəsi üçün hazırlıqlar görülür. Restoranın sahibi deyir ki, Ramazan ayı başladığına görə, bu gün restoranımızda nahar vaxtına vitrinə az çeşidli yeməklər çıxarılacaq. İftar üçün menyumuz var və cibə uyğundur. Hər il bizdə iftar menyusu təşkil edilir. Müraciət edən müştərilərimiz də yetərincə olur. Biz də menyuya baxırıq, gündəlik qiymətlərdən baha deyil.

“Elmlər akademiyası” metrosunun yanında yerləşən “Padişah”, “Böyük fırat”, “Qoç ət”, “Mudo cafe&lounge” kimi məşhur restoranlarda ayrıca iftar menyusu yoxdur. Deyirlər ki, iftar süfrəsi üçün yalnız müştəri nə arzu edərsə o hazırlanır. Öncədən stabil qiymətə uyğun menyumuz yoxdur.

- Bəs Ramazan yeni başlayıb, qarşı günlər üçün olacağmı? – sualımıza da bildirdilər ki, bizdə hər il bu qayda ilə olur, müştərilərimiz də məmnun qalırlar.

“28 May” metrosunun yanında yerləşən məşhur “Başkent” restoranında da olduq. Burada da sakitlikdir. Stolların üstündə səliqə ilə iftar menyusunu görürük. Ofsiant da deyir ki, bu menyu bu il üçündür: “Keçən ilki qiymətlərdən çox az fərqlənir. Müştərinin istəyinə uyğun da dəyişə bilər”.

“28 May” metrosu istiqamətində bir neçə restorana da baş çəkdik. Lakin onlarda da iftar süfrəsi olmadığını, adi qaydada müştərilərə xidmət göstərəcəklərini bildirdilər.

Belə nəticəyə gəlmək olur ki, restoranlarda bir nəfərlik iftar süfrəsinin qiyməti minimum 6 manatdan başlayıb, 10-12 manata qədər dəyişir. Qeyd edə bilərik ki, bu qiymətlər şəhərin mərkəzində, yəni daha müasir yerlərində yerləşən restoranlarda olan qiymətlərlə müqayisədə ucuzdur. 

Allah oruc və dualarınız qəbul olsun!

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019