Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın Braziliyadakı səfiri BSU-da qonaq olub
Tarix: 06.05.2019 | Saat: 14:57:00
Bölmə:Sosial | çapa göndər

Mayın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla görüş keçirilib.

Hafta.az xəbər verir ki, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının təşkilatçılığı ilə keçirilən tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açıb.

Professor Rafiq Novruzov səfirlə görüşün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsinə düşməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, Ulu Öndər Heydər Əliyevin diplomatiya sahəsindəki xidmətlərindən, onun Azərbaycanın dövlət siyasətinin inkişafında tutduğu əvəzsiz mövqedən danışıb. Səfir Elxan Poluxovun fəaliyyəti barədə iştirakçılara məlumat verən Rafiq Novruzov görüşün gələcək diplomatlar üçün əhəmiyyətini vurğulayıb.

Sonra səfir Elxan Poluxov Bakı Slavyan Universitetinin tələbələri qarşısında geniş məruzə ilə çıxış edib. Diplomatiya sahəsində qazandığı təcrübələri gənclərlə bölüşən Elxan Poluxov çıxışında 2012-ci ildə ilk dəfə səfir təyin olunduğu Cənubi Afrika Respublikasındakı fəaliyyətindən söz açıb. Səfir Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizdə diplomatiya sahəsində mütəxəssis yetişdirilməsinə önəm verildiyini, hazırda bu siyasi xəttin inkişafına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayıb. O bildirib ki, çətin geopolitik regionda yerləşməsinə baxmayaraq Azərbaycan bu gün mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz yürütdüyü xarici siyasətlə hazırda dünyanın diqqət mərkəzindədir. Səfir ölkəmizin təbliği istiqamətində Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən görülən işlərdən də söz açıb. Gələcək diplomatlara bir sıra tövsiyələr verən E.Poluxov əsl diplomat olmaq üçün yüksək biliyə, intellekt səviyyəsinə, vətənpərvər ruha yiyələnməyin vacibliyini vurğulayıb. O, çıxışında ənənəvi diplomatiyanın qurulmasında şəxsi diplomatiyanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Görüşün davamında diplomat iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019