Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya məktəbinin şagirdləri Ceyranbatan Kompleksinə ekskursiya ediblər
Tarix: 06.05.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

İçməli su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi peşəsindən və yaşından asılı olmayaraq hamı tərəfindən maraqla qarşılanır. «Həftə içi”nin verdiyti xəbərə görə, mütəmadi olaraq müxtəlif sahələri təmsil edən mütəxəssislərin, elm adamlarının, xarici qonaqların, tələbələrin və şagirdlərin kompleksə səfərləri təşkil olunur. Kompleksin bu dəfəki qonaqları Xəzər Universitetinin Dünya məktəbinin ibtidai sinif şagirdləri olub.

Qeyd edək ki, ekskursiya müddətində əvvəlcə məktəblilərə suyun faydası, təmizlənməsi və əhaliyə çatdırılması, sudan qənaətlə istifadə barədə maarifləndirici məlumatlar verilib. Bildirilib ki, təmiz su insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Çirkli sudan istifadə nəticəsində yaranan xəstəliklərdən daha çox uşaqlar əziyyət çəkir. Su qıtlığı hazırda bütün bəşəriyyətin problemidir və bu baxımdan sudan səmərəli istifadə ilə bağlı erkən yaşlarda uşaqlarda zəruri vərdişlər formalaşdırılmalıdır.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlıq çərçivəsində şagirdlərə buradakı emal prosesləri barədə məlumat verilib. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların standartlarına tam cavab verir. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin keyfiyyətli içməli su ilə təmin olunub.
Komplekslə tanışlıq çərçivəsində məktəblilər mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Şagirdlər Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yerləşdiyi ərazini gəziblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019