Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Küçə ticarətinin mərkəzinə çevrilmiş Seyid Hüseyn parkı - REPORTAJ
Tarix: 06.05.2019 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

9 May – Qələbə gününə və ulu öndər Heydər Əliyevin doğum gününə sayılı günlər qalıb. Bununla əlaqədar olaraq paytaxtın qəsəbələrində abadlıq və təmizlik işləri görüıür. Aparılan işlərin hansı səviyyədə olduğunu öyrənmək məqsədilə bu dəfə yolumuzu Sabunçu rayonunun Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsində yerləşən Seyid Hüseyn parkından saldıq.

 

Sözügedən park qəsəbənin mərkəzində salınıb. Parkın yaxınlığında Sabunçu Qəsəbə Nümayəndəliyi, Sabunçu Rayon GEM və “Balaxanı OYL”un inzibati binaları ilə yanaşı, 2 saylı Qızlar Gimnaziyası da yerləşir. Park baxımsız vəziyyətdədir, daxilini alaq otları çənginə alıb, ağacların dibi bellənilməyib, qurumuş budaqları isə budanmayıb. Oturacaqlar və uşaq əyləncəsi üçün nəzərdə tutulmuş qurğular sınıqdır. Parkın çöl divarları uçub-tökülür. Zibil qutuları yoxdur, onu kiçik, 3 litrlik paslanmış və sürümüş nazikdəmirli yağ qutuları əvəz edir. Parkın daxili isə küçə ticarətinə çevrilib. Xlordan, xırdavatdan tutmuş, pal-paltara kimi satılır.
İki saylı Qızlar Gimnaziyasının işçiləri isə məişət tullantılarını parkın çöl tərəfinə – hasarın dibinə atırdılar.
Hacı İbrahimov adlı sakin 82 yaşı olduğunu və hər səhər gəlib bu parkda təmiz hava qəbul etdiyini dedi. Onun sözlərinə görə, ətraf binaların sakinlərinin istirahət elədiyi bir yer varsa, o da Seyid Hüseyn parkıdır. Park sahibsiz qalıb. Ona nə baxan, nə də ağacları suvaran var. Sabunçu Qəsəbə Nümayəndəsinin fəaliyyəti görünmür”.

Hacı Adil adlı sakin Sabunçu Rayon Veteranlar Şurasının sədr müavini olduğunu söylədi. Onun sözlərinə görə Seyid Hüseyn Parkı 20 il bundan əvvəl salınıb. Təxminən, 10 il olar, Suraxanı NQÇİ-nin ovaxtkı rəisi Mübariz Məmmədov tərəfindən təmir edilmişdi, möhtəşəm bir park idi. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardı. Müasirtipli uşaq oyuncaqları, yelləncəklər və idman qurğuları quraşdırılmış, zibil qutuları, oturacaqlara kimi qoyulmuşdu. İndi park dağılır: «Heyf bu parka, əraziyə gözəllik verirdi, hər gün nə qədər sakinin istirahət guşəsinə çevrilmiş bu parka indi baxanda adamın ürəyi ağrıyır. Parkın elə böyük bir ərazisi yoxdur. Heç olmasa, gəlib ağacların dibindəki alaqları təmizləmirlər. Xırda ağacları isə veteranlar gətirib əkib. Su xətti də yoxdur ki, heç olmasa, ağacları suvaraq. Veteranlar Guşəsini isə Sabunçu RİH başçısı Adil Veliyev tikdirib, guşədə hər şərait var.

Amma Veteranlar evinin işıq və telefon pulunu biz özümüz ödəyirik. Əgər kiçik bir maliyyə dəstəyi olarsa, parkın dağılmış yerlərini, uçan divarlarını sement, daş gətirib biz veteranlar özümüz tikərdik”.
Sabunçu RİH başçısı Sabunçu Qəsəbəsi üzrə inzibati ərazi nümayəndəliyində də olduq. Qəsəbə nümayəndəsi Arif Osmanov parkın durumu ilə bağlı dedi ki, Seyid Hüseyn Parkı Bakı Şəhər Fəvvarələr İdarəsinin balansındadır. Onun sözlərinə görə, təmizlik işlərinə 148 saylı Mənzil-Kommunal İstismar Sahəsi baxır. Parkın bizə aidiyyəti yoxdur. Həm də Qəsəbə Nümayəndəliyinin elə bir səlahiyyəti yoxdur ki, parkda təmizlik, abadlıq və təmir işləri aparsın”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019