Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda polis 12 yaşlı qızı ölümdən xilas etdi - GÜNÜN TƏZADLARI
Tarix: 06.05.2019 | Saat: 19:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda Yol Patrul Xidmətinin əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi. Hafta.az yazır ki, bu barədə “Report”a onun babası Əliyev Asif məlumat verib. O, bir neçə gün əvvəl saat 20 radələrində yaşadıqları evdə 2007-ci il təvəllüdlü nəvəsi Əliyeva Səkinə Rasif qızının qəfildən yıxılaraq koma vəziyyətinə düşdüyünü bildirib: “Uşağı öz maşınıma qoyub, xəstəxanaya apararkən Xətai rayonu, M.Hadi küçəsində tıxaca düşdük. Bu zaman həmin ərazidə "99-YP-292" dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX-nın əməkdaşına yaxınlaşıb, nəvəmi təcili xəstəxanaya çatdırmaq üçün köməklik göstərməsini xahiş etdim. Polis dərhal uşağı xidməti avtomobilinə qoyaraq, qısa müddət ərzində nəvəmi 6 saylı Uşaq Klinik Xəstəxanasına çatdırdı. Biz xəstəxanaya çatanda o, uşağı qucağına götürüb qaçaraq, xəstəxananın 3-cü mərtəbəsinə – Reanimasiya şöbəsinə çatdırdı. Həkimlər müayinə etdikdən sonra məlum oldu ki, şəkəri yüksək səviyyəyə qalxan uşaq bir neçə dəqiqə xəstəxanaya gec çatdırılsaydı, öləcəkdi. Buna görə də mən həmin YPX əməkdaşları Anar İbişova və onunla birlikdə xidmət aparan Elçin Vəlibəyova sonsuz təşəkkürümü bildirirəm. Onlar həmin vaxt orada olmasaydılar, biz uşağı nə xəstəxanaya çatdıra biləcəkdik, nə də onun həyatını xilas edə bilərdik. Mən bu iki YPX əməkdaşının hərəkətini qəhrəmanlıq adlandırıram və bu barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacağam”. 

Hadisə ilə bağlı jurnalistlər YPX əməkdaşı Anar İbişovla əlaqə saxlayaraq reportaj hazırlamaq istəklərini çatdırıb. O isə çəkilişdən imtina edərək gördüyü işin vətəndaşlıq borcu olduğunu bildirib.


Yevlaxda ata avtomobillə oğlunu vurub öldürdü


Yevlax şəhərində tükürpədici hadisə baş verdi. Hafta.az yazır ki, ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin Fizuli küçəsində qeydə alınıb. Belə ki, ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib. Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu – Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib. Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.


İran İslam Respublikasında saxta araqdan 45 nəfər zəhərləndi


İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib, 1 nəfər ölüb. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami açıqlama verib. O bildirib ki, mayın 2-də Poldəştin Araz şəhərciyində keçirilən toy mərasimində saxta spirtli içkidən zəhərlənənlərin sayı 45 nəfərə çatıb: “Zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1-i isə həyatını itirib”. Qeyd edək ki, son aylarda İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər isə həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb. Xatırladaq ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır.


Səbaildəki avtoqəzada 12 yaşlı qız yan şüşədən çıxdı və...


Bakının Səbail rayonunda 3 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az yazır ki, ONA əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yol qəzası Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. Belə ki, Şahin Muradov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “qəfil dönmə” əməliyyatı edib. Bu zaman Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “VAZ 2107” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “VAZ 2107” markalı maşında olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə çırpılıb. “Hyundai” isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayanıb. Qəza nəticəsində “VAZ”da olan sürücü Ş.Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Z.Muradlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. “Hyundai” markalı avtomobilin sürücü Q.Məmmədov və onun anası (hələlik şəxsiyyəti bilinmir) yüngül bədən xəsarətləri alıb. 1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan Z.Muradlının vəziyyəti ağırdır. Baş vermiş hadisə ilə əlaqədar əraziyə Yol Patrul Xidməti və Səbail rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Deputat yaşayış binasının həyətində atəş açdı


Rusiya Dövlət Dumasının deputatı Dmitri İonin yaşayış binasının həyətində silahdan atəş açdı. Hafta.az-ın yazdığına görə, “Qafqazinfo” xəbər verir ki, Sverdlovsk əyalətinin Kamışlov şəhərində qeydə alınan hadisə sakinlərdən biri tərəfindən videoya çəkilib. Avtomobilinin yük yerindən silah çıxaran İonin havaya atəş açıb. Deputat görüntüdəki atəş açan şəxsin özü olmadığını iddia edib: “Bir nəfər köməkçimə yaxınlaşıb ona oyuncaq silah verdi. Havaya atıb güldülər. Polis bizə yaxınlaşdı. Dedik, məsələ bitib. Sonra yenə mənim avtomobilimi saxlayıb, sorğu-sual etdilər. Şəhərdən çıxışıma 2 saatlıq qadağa qoyuldu”. İonin daha sonra açıqlamasında silahdan atəş açanın özü olduğunu boynuna alıb. O, etdiyi əmələ görə məsuliyyət daşımağa hazır olduğunu bildirib.


Mehdiabadda kişi maşınla qayınatasını vurub öldürdü


Abşeron sakini avtomobillə qayınatasını vuraraq öldürüb. Hafta.az yazır ki, "Report"un xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə 61 yaşlı Hüseyn Məmmədov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həyətdə qayınatası 86 yaşlı Firudin İsayevi vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019