Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Buradan çıxsaq binanı sökəcəklər"- Malakan dua evindən REPORTAJ
Tarix: 07.05.2019 | Saat: 13:37:00
Bölmə:Reportaj | çapa göndər

Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülməsi barədə mətbuatda müzakirələr başlayıb. “Salam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər bildirirlər ki, binanın söküləcəyi barədə məlumatlar alıblar. Kinoteatrın əməkdaşları isə bu binanı qorumağa iddialdırlar.

Olayla bağlı daha dəqiq məlumatlar əldə etmək üçün hafta.az olaraq bu gün sözügedən tarixi binaya biz də səfər etdik. Bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.

Girişdə birinci mərtəbədə qapılar buraya təşrif buyuranların üzünə bərk-bərk qapadılsa da, ikinci mərtəbədə deyəsən qonaq qarşılamaq üçün qapılar açıqdır. Biz də elə ikinci mərtəbəyə qalxdıq. Telekanallardan biri bu tarixi bina haqqında çəkiliş edirdi.

Mətbuatda yayılan bu məlumatı kinoteatrın üzvünün öz dilindən eşitmək istədik.

- Zəhmət olmasa özünüzü təqdim edərsiniz.

- Leyli Qafarova “Salaam Cinema Baku” platformasının bir üzvüyəm.

- Bina haqqında da kiçik bir məlumat verərdiniz...

- 1913 –cü ildə inşa olunub. Bu binanın tikilməsində əsas məqsəd Malakanların bura toplaşması olub. Öz dinləri haqqında burada söhbətlər aparırımışlar. Yəni Malakan dua evi kimi fəaliyyət göstərib. Onlar bizim ölkəmizə qaçıb gəliblər. Sonra bu bina bir müddət radiostansiyaya çevrildi. Hərkəs, “Danışır Bakı” səsini eşitməyənlər az deyil. Məhz həmin səs bu binada yazılıb.

- “Salaam Cinema Baku” burada nə vaxtdan fəaliyyət göstərir?

- 2019-ci ilin yanvar ayında bu binaya köçdük. Deyim ki, biz bu binaya köçəndə bina artıq unudulmuş bir vəziyyətdə idi. Biz öz əllərimizlə buranı təmizlədik. Dostlarımız gəldi, onların da tanışları gəldi. Beləliliklə bu kimi insanlar vasitəsi ilə biz burada şərait yaratdıq. Fevral ayında biz burada açılış etdik. Filimlər göstəririk. İncəsənətlə bağlı tədbirlərimiz olur. Xaricdən gələn insanları buraya dəvət edirik.

- Binanın sökülməsi ilə bağlı nə zaman sizə məlumat verdilər?

- Bizə əvvəlcədən demişdilər ki, bu bina söküləcək. Heç vaxt dəqiq vaxtı isə deyilməmişdi. Bu binanın yanında keçən insanlar deyirlər ki, bu bina nə gözəldir. Bizim özümüz üçün də maraqlı idi. Və içəri girə bilmirdik. Düşünürdük ki, biz binaya köçsək, əlimzdən nə gəlirsə etsək yəqin sökülməz. Amma, dediyimiz kimi olmadı, proses daha sürətli getdi. Biz ilk öncə bu binanın birinci mərtəbəsini tutmuşduq. Kafe kimi istifadə edirdik. Novruz bayramı müddətində şəhərdə olmadıq. Qayıdanda gördük ki, aşağıda polu söküblər. Ondan sonra biz ikinci mərtəbəyə yerləşdik. Balaca bir kitabxana da qurmuşuq. Çay, kofe də veririk buranı ziyarət edənlərə. Bəzən olur ki, az tapılan, köhnə kitabları da bizə gətirib hədiyyə edirlər.

- Bakı Meri də bura gəlib, sizin xeyrininizə nəsə baş verdimi...?

- Mən merin özü ilə danışmadım. Biz dünən burada festival təşkil etmişldik. Bunu Avropa Şurası təşkil edir. Dünən isə burda təhsil proqramı sərgisi təşkil olunmuşdu. Hollandiyadan rejossor dfa dəvət etmişdik. Canlı musiqilər də ifa olunurdu. Həmin vaxt icradan nümayəndələr gəldi. Onlar bizim işığımızı söndürdülər. .

- Son sökülmə tarixi nə zaman deyilib?

- Hadisə ictimailəşdikdən sonra daha indi bildirirlər ki, sökülməyəcək. Ancaq öncələr sökülməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdilər. Sökülməməsi ilə bağlı bizə rəsmi sənəd təqdim olunmadığı üçün narahatıq. Əgər biz burdan çıxsaq bu binanı sökəcəklər. “Salaam Cinema Baku”-nun üzvü çoxdur. Biz istiyirik ki, tarixi bina kimi registrasiya olunsun. Biz gənclər bu binanın fəaliyyət göstərməsini çox istəyirik.

Leyli xanım ətraflı məlumat verdi. Ümid edirik ki, gənclərin istədiyi kimi olar. Fəaliyyətlərini davam etdirərlər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019