Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Moskvada yanmış təyyarəyə bilet almış azərbaycanlı danışdı - GÜNÜN TƏZADLARI
Tarix: 07.05.2019 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Moskvanın Şeremetyevo hava limanında 41 nəfərin ölümü ilə nəticələnmiş təyyarə yanğın-qəzasının qurbanı ola bilməkdən son anda qurtulan azərbaycanlı qız üzə çıxdı. Hafta.az xəbər verir ki, soydaşımız Fəridə Ruslanova olay barədə Day.az saytına danışıb: "Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar Murmanska getməyi təklif etdilər - razılaşdım. Artıq bilet almışdım. Gözlənilmədən Moskvaya atam gəldi. O, başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən ezamiyyətdən imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb. Faciədən xəbər tutandan sonra qorxu içində yaşayıram. İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirmişlər. O, orada insanlara görə ölə bilərdi - onlar öz baqajlarını çıxarmaq istəyirmiş. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb".


Bu ölkənin Azərbaycandakı səfirliyinin bağlanacağı bilindi


Norveçin Azərbaycandakı səfirliyinin mayın 16-dan fəaliyyətini dayandıracağı haqda informasiya yayıldı. Hafta.az yazır ki, ONA-nın məlumatına görə, bu barədə səfirliyin “Facebook” səhifəsində qeyd olunub. Bildirilir ki, Azərbaycanla əlaqədar məsələlərlə mayın 20-dən Norveçin Ankaradakı Səfirliyi məşğul olacaq.


“Azersell” Tərtər Rayon İcra Hakimiyyətini məhkəməyə verdi

“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Tərtər Rayon İcra Hakimiyyətinə qarşı borc tələbinə dair iqtisadi mübahisəyə baxıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Aygül İsgəndərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Qeyd edək ki, “Azercell Telekom” MMC tərəfindən borclu Tərtər Rayon İcra Hakimiyyətindən iddiaçının hesabına ödənilməmiş borca görə 468 manat pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş edilib.


Cəlilabadda daş dövrünə aid alət tapıldı


Cəlilabad rayonunun Şatırlı kəndində daş dövrünə aid əmək aləti tapıldı. Hafta.az-ın yazdığına görə, "Report"un Muğan bürosu xəbər verir ki, aləti təsərrüfat işləri zamanı kənd sakini Surxay Salayev aşkarlayıb. Yerli tarixçi Elşad Əmənovun verdiyi məlumata görə, tapıntı, təxminən, daş dövrünə aiddir və öyrənilməsinə ehtiyac var. Həmçinin o qeyd edib ki, bu alətdən dən, quru otların üyüdülməsi (ovulması) zamanı və dərman bitkilərinin hazırlanmasında istifadə edilib. Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.


Göyçayda çoban öz işlədiyi fermadan qoyun oğurladı


Goranboy sakini Göyçayda çobanlıq etdiyi fermadan qoyun oğurladı. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019