Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda Ulu Öndər anılıb
Tarix: 07.05.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib. Tədbirlər planına uyğun olaraq rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, YAP Suraxanı Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin Suraxani Rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev parkında ağac əkmiş, “Rənglərin festivalı” sərgisi ilə tanış olmuş, rayon məktəblilərinin çəkdikləri rəsmlərin təqdimatı keçirilib.

Suraxanı Rayon Heydər Əliyev Mərkəzi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm, poçt markaları və kitab sərgiləri ilə tanışlıqdan sonra, Ulu Öndər haqqında sənədli film nümayiş olunmuşdur. Sonra isə Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan tarixində Heydər Əliyev səxsiyyətinin müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, Ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.
Tarix Heydər Əliyev yaratdı, Heydər Əliyev tarix yaratdı.
Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir.
İlqar Abbasov bildirmişdir ki, Müasir Azərbaycan tarixinə nəzər saldıqda, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir.

Ulu Öndər qeyd edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.
Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində müstəsna xidmətləri barədə danışan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor hörmətli Ceyran Mahmudovaya qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Məhz Ümummilli Liderin mədəniyyət siyasəti nəticəsində qədim, zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ceyran Mahmudova Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması üçün əlindən gələni etdiyini vurğulayaraq qeyd emişdir ki, Ulu Öndər respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşmışdır.

Ceyran Mahmudova milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Konfransda Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, filologiya elmləri doktoru, professor, Əməkdar İncəsənət xadimi Aqşin Babayev, Xalq artisti, kinorejisor, Əməkdar İncəsənət xadimi Oqtay Mirqasımov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat vermişlər. Çıxışlarda vurğulanmışdır ki, Ulu Öndər Azərbaycanın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşmışdır.
Konfransın işini yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.
Bu gün Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

İlqar Abbasov vurğulamışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş möhtəşəm layihələr reallaşır.
Bu da milli-mənəvi dəyərlərimizin qounması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən siyasətin real nəticələridir.
Ulu Öndərin milli-mənəvi dəyərlərimizə göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir. Azərbayan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev adlı Ümummilli Lideri var.
Axşam isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Heydər Əliyev parkında rayon İcra Hakimiyyətinin və ”Lider” televiziyasının birgə təşkil etdiyi canlı yayımla konsert və sonda möhtəşəm atəşfəşanlıq olmuşdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019