Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şuşasız 27 il – şuşalılar Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO-VİDEO
Tarix: 08.05.2019 | Saat: 14:41:00
Bölmə:Reportaj | çapa göndər

Mayın 8-də Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şuşadan olan məcburi köçkünlərin iştirakı ilə Şəhidlər Xiyabanında Şuşanın işğalının 27-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, millət vəkili Qənirə Paşayeva, rayon ictimaiyyətinin nümayəndələri, Şuşa özünümüdafiə batalyonun üzvləri, keçmiş döyüşçülər, məktəblilər iştirak ediblər. Əvvəlcə Şəhidlər Xiyabanının önünə toplaşan izdiham Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərin məzarlarına tər qərənfillər düzüblər. Əbədi məşəl kompleksi önünə əklil qoyulub. Sonra məktəblilərin hazırladığı bədii kompozisiyalara tamaşa edilib. Şuşadan olan məktəblilər işğal altındakı doğma torpaqları ilə bağlı yazılan şeirlər səsləndiriblər.

Daha sonra Şəhidlər Xiyabanında uyuyan və Şuşa döyüşlərində həlak olan Vətən övladlarının məzarları ziyarət olunub. Əfsanəvi döyüşçü Albert Aqanurovun və digər şəhidlərimizin məzarlarına tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Şuşanın icra başçısı Bayram Səfərov bildirib ki, Şuşa şəhərində həmin dövrdə 24.900 nəfər əhali yaşayıb. İşğal zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Bayram Səfərov onu da vurğulayıb ki, aparılan sülh danışıqlarının bir nəticə verəcəyinə inanmır:

“Çünki ATƏT-in Minsk qrupunun, Avropanın, Amerikanın bizə qarşı yürütdüyü ikili standartlardan çox danışmaq istəmirəm. Biz Ali Baş Komandanın əmrini gözəyirik. Cənab prezident əmr verərsə, biz Şuşanı və işğal altındakı digər ərazilərimizi işğaldan azad etməyə qadirik. 3 il əvvəl baş verən aprel döyüşləri də bunu bir daha göstərmiş oldu. Münaqişənin sülh yolu ilə nizamlanması ilə məşğul olan həmsədrlər hər il vədlər verir. Yalanlar, ikili standartlar bizi yubadır. Bizi aldatmaqla məşğuldurlar. Amma son illərdə Azərbaycanın dünya itimaiyyətində tanınması, gücümüzün artması bizi Şuşaya daha da yaxınlaşdırır. Beynəlxalq təşkilatlar ikili standartlara yol verirlər. Yeri gələndə işğalçını dəstəkləməklə məşğuldurlar. Biz möhtərəm prezidentimizin siyasətini dəstəkləyirik. Əminik ki, onun düşünülmüş, uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.

Dağlıq Qarabağ Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev isə bildirib ki, vəzifəyə təyin olunduqdan sonra Dağlıq Qarabağın erməni icması ilə görüşlərin təşkil olunması üçün beynəlxalq təşkilatlara məktublar ünvanlanıb. Amma təəssüf ki, dialoqla bağlı qarşı tərəfdən heç bir müsbət addım atılmayıb və Azərbaycan tərəfinin dialoq çağırışlarına cavab verilməyib.

Şuşa döyüşlərində iştirak edən Qarabağ müharibəsi veteranları 27 il əvvələ qayıdaraq Şuşanın uişğal edilməsindən danışdılar. Bildirildi ki, vahid hərbi komandanlığın olmaması, özünü müdafiə dəstələrində yetərincə silah-sursatın olmaması Şuşa kimi bir alınmaz qalanın işğalı ilə nəticələndi.

Bütün bu qeyri bərabər ölüm-dirim savaşında mayın 8-nə qədər öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı.

Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü.

May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar.Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Daha sonra bildirildi ki, işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019