Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meşədə narkotik becərən gənclər saxlanılıb
Tarix: 09.05.2019 | Saat: 11:24:00
Bölmə:Hadisə | çapa göndər

 Meşədə narkotik becərən gənclər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019