Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib - Deputat
Tarix: 09.05.2019 | Saat: 11:30:00
Bölmə:Siyasət | çapa göndər

"İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olunub: "170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.


Həmin vaxt Azərbaycan iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun bir növ ən mühüm cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.


Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər".

Millət vəkilinin fikrincə, qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işlləyirdi. Buna baxmayaraq, Bakıya qəhrəman şəhər adı verilmədi. Verdiyi itkilərə, zəhmətə, maddi və mənəvi dıstəyə baxmayaraq:

"Ölkənin ilk illərində faşizm üzərində qələbənin qeyd olunmasına münasibət bir mənalı deyildi, amma yenə bəşəriyyət uğrunda faşizmin üzərində qələbədə bizim insanımızın böyük rolu vardı, çəkdiyi əziyyətlər, verdiyi qurbanlar hədər deyildi. Təssüf ki, başqa dövrün və ideologiyanın ruhuyla yaşamaq zamanında taleyin və imperializmin hökmü olub. Azərbaycan insanını həmişə dəyərli tutan Ulu Öndər hər zaman bu insanların, sadəcə SSR uğrunda deyil, insanlıq uğrunda vuruşanların ədalətlə qiymətləndirilməsinin tərıəfdarı olub və onlara həmişə qayğı göstərib. Ədalətin təntənəsi və babalarımızın şücaəti bu gün də qeyd olunmaqda və qiymətləndirilməkdə davam edir. Ulu Öndərin irsi ilə davamçısı tərıfindən!

Bayramımız mübarək, bu bizim, Azərbaycanın, onun qəhrəman oğullarının şücaət, qələbə salnaməsinin qeyd olunduğu tarixin şərəfli səhifələrindəndir!".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019