Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı şəhər Baş Polis İdarəsində 9 may Qələbə Günü qeyd olunub
Tarix: 09.05.2019 | Saat: 18:42:00
Bölmə:Sosial | çapa göndər

Mayın 9-da Bakı şəhər Baş Polis İdarəsində 1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 74-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Polis İdarəsindən hafta.az-a bildiriblər ki, tədbiri açan Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib ki, qazanılmış qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını göndərib, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden – medallarla təltif olunublar. Bütün bu faktar bir daha xalqımızın mətinliyini, mübarizliyini əyani şəkildə təcəssüm etdirir.

Rəis müavinin təklifi ilə İkinci Dünya müharibəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Baş İdarə rəsinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev geniş məruzə ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, faşist Almaniyasının işğalçılıq planlarında Azərbaycan xüsusi yer tuturdu. Azərbaycanın sərvətləri, Qərb ilə Şərq arasındakı əlverişli strateji-coğrafi mövqeyi nasistlərin diqqətini çəkirdi. Almaniya hökuməti Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi.

Həmin illərdə müharıbədə iştirak edən həmyerlilərimiz arasında daxili işlər orqanlarının 800-ə yaxın əməkdaşı döyüşüb. Onlardan general-mayor Xəlil Məmmədov, general-mayor Səlahəddin Kazımov, polkovnik Mehdi Quliyev Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər.

Tədbirin sonunda polis general-mayoru Elxan Həsənov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ədaləti uca tutması sayəsində 1941-1945-ci illər müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may Qələbə Günü kimi qeyd olunur. Şərəfli döyüş yolu keçmiş Azərbaycanının qəhrəman övladlarının yaddaşlardan silinməyən şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Qeyd edək ki, tədbir çərçivəsində şanlı döyüş yolu keçmiş və müharibədən sonra da daxili işlər orqanlarında xidmət etmiş veteranlarla görüş keçirilib.

Bakı şəhər BPİ Veteranlar Şurasının fəxri üzvü, istefada olan polis polkovniki İsmayıl Qasımov evində ziyarət olunub. Görüşdə polis polkovniki Əli Vəliyev vurğulayıb ki, Azərbaycanın faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Qonaqları polis mündirində qarşılayan İsmayıl Qasımov, ona göstərilən diqqət və qayğıya görə, minnətdarlığını bildirib.

Daha sonra digər veteranlarla görüşən Əli Vəliyev, Bakı şəhər BPİ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov İkinci Dünya müharibəsində Azərbaycan övladlarının tarixi şücaətləri barədə danışıblar.

Veteranlar onların problemlərinə ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyinə, onlara qayğı ilə yanaşdığına, sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atdığına görə minnətdarlıqlarını ifadə ediblər.

Sonra veteranlara pul mükafatları təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019