Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
96 ildir Azərbaycanda parlayan günəş – Ulu öndərin anım günündən FOTOLAR
Tarix: 10.05.2019 | Saat: 15:06:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub. Ölkə başçısı İlham Əliyev, dövlət və hökumət nümayəndələri əvvəlcə Ulu öndərin birinci Fəxri Xiyabandakı məzarı ziyarət ediblər.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, dahi şəxsiyyətin məzarı önünə əklillər qoyulub. Gül-çiçək dəstələri düzülüb. Heydər Əliyev şəxsiyyəti ilə bağlı təəssüratlarını, düşüncələrini bölüşənlərin ortaq düşüncəsi belədir; Ötən 100 ilin bütöv bir qərinəsi – 1969-cu ildən 2003-cü ilədək olan dövrü bu böyük şəxsiyyətin adı ilə sıx bağlıdır. Təkcə həmin dövrmü? Yox, bu tarix hələ bitməyib: Ulu Öndər yenə də mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları gələcəyin yollarını işıqlandırır. İstər dövlət və hökumət nümayəndəsi olsun, istərsə də sadə vətəndaş, hamısının düşüncəsində Heydər Əliyev fenomeni təkcə Azərbaycan üçün yox, bütün dünya üçün əvəzsiz liderlərdən hesab olunur.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hesab edir ki, Heydər Əliyev türk dünyasının böyük şəxsiyyətidir. O, 1960-ı illərdən Azərbaycanın inkişafı üçün çox böyük işlər görüb: “Heydər Əliyev bir millət iki dövlət şuarının müəllifi olduğu qədər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük rol oynayıb. Müstəqillik illərində Azərbaycan və Türkiyə arasındakı diplomatik əlaqələrinin inkişafında mərhum prezident Heydər Əliyevin gördüyü işlər olduqca əvəzsizdir. O, Azərbaycanın olduğu qədər Türk dünaysının da böyük şəxsiyyətidir".

Zərdab rayonundan gəlmiş 90 yaşlı Əjdər Nurullayev deyir ki, Heydər Əliyev zəkası məkan və zaman çərçivələrinə sığmayıb. Naxçıvanın bir kəndindən başlayan yol əvvəlcə Azərbaycanın, daha sonra keçmiş SSRİ-nin siyasət olimpinə qədər uzanıb, nəhayət, dünya arenasına çıxıb. Heydər Əliyev idrakı zəmanəsindən çox-çox qabağı görür, xalqı tam fərqli həyata – müstəqilliyə hazırlayırdı: “Heydər Əliyev planetar səviyyəli şəxsiyyət idi, çox yerdə Azərbaycanı ona görə tanıyırdılar. Dünyanın görkəmli insanları, məşhur siyasətçiləri və dövlət xadimləri onu Azərbaycanın şəksiz lideri, siyasət aləminin patriarxı adlandırırdılar”.

Heydər Əliyevin məzarını ziyarət edən millət vəkili Naqif Həmzəyev isə hesab edir ki, Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu olan dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənə və xalqa fədakar xidməti hər zaman mənim üçün örnək olub. Çünki Ulu Öndər Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənini təhlükələrdən xilas edib: “Ulu Öndər Heydər Əliyev milli qürurumuzu özümüzə qaytarıb, azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa edib. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrədib. Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanıb”.

Ümummilli liderin doğuluşunun 96-cı ildönümündə xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri, səfirləri də onun məzarını ziyarətə gəlməyi, məzarı önünə gül-çiçək dəstələri düzüb heykəli önündə ehtiram duruşunda dayanmağı özlərinə borc bilirlər. Artıq 16 ildir ki, 10 may günü ümummilli lidersiz qeyd olunur. Ancaq onun əbədiyaşar ruhu hər zaman Azərbaycan xalqının qəlbində dövr edəcək. Bunu Fəxri Xiyabana gələnlər də qeyd edirlər.

Bakı kəndlərindən və dediyinə görə səhər tezdən oyanıb Fəxri Xiyabana ziyarətə gələn Nurəli Abasov deyir ki, Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri barədə cild-cild kitablar yazılıb və bundan sonra da yazılacaq. O, müəllim işlədiyi dövrdə hər zaman ulu öndərin böyük şəxsiyyət olmasından təfərrüatı ilə danışdığını da vurğulayır: “45 il müəllim işləmişəm. Hər zaman məktəbdə uşaqlarıma deyirdim ki, Heydər Əliyev bizim dünyada başımızı uca edən dühalarımızdan olub. Azərbaycanı dünyada tanıdıb. Onun tükənməz milli sərvət olan zəngin irsi təkrar-təkrar tədqiq olunub və olunacaq. Gənc nəsil bu irsi öyrənməlidir. Hətta deyərdim ki, əzbərləməlidir”.

Sovet dönəmində Aran rayonlarında yerli özünüidarə orqanlarında – kolxoz və sovxozlarda müxtəlif vəzifələrdə işləmiş Sovet Məmmədov deyir ki, Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər təyin olunana qədər Azərbaycana keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri kimi baxırdılar.

Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam edir: “Həmin vaxtdan həyatın ritmi dəyişdi. Respublikada görünməmiş canlanma və yüksəliş, quruculuq dövrü başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları və digər sənaye müəssisələri tikildi. Paytaxtımıza bu gün də yaraşıq verən “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı kimi memarlıq nümunələri ucaldıldı. Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında böyük dönüş yarandı. Nəticədə əhalinin qazancı artdı. Kəndlilərin bir çoxu kərpic daxmaları söküb yerində daş evlər tikə bildi".

Fəxri Xiyabanı ziyarət edən bir sıra siyasətçilər, ekspertlər hesab edir ki, Heydər Əliyevin şəxsi nüfuzu, ona olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı.

Heydər Əliyevin müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar xalqımızın Ulu Öndəri haqqında yüksək fikirdə olublar: onu böyük dövlət xadimi, siyasət nəhəngi, türk dünyasında sevilən lider, nadir istedad sahibi, əfsanəvi şəxsiyyət adlandırıblar. Heydər Əliyevə verilən bu qiymət bütöv bir xalqda qürur hissləri doğuracaq qədər təsirlidir.

Ulu öndərin doğum günündə onun haqqında xatirələrini bölüşən, həyatlarından Heydər Əliyev yolunun keçdiyi insanlar da az deyil. Ümummilli liderin vaxtilə gələcəkdəki uğurlarına ilk yaşıl işıq yandıran insanlar Heydər Əliyevin onlara həyat dərsləri və məsləhətlər verdiyini detirlər. Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, çox şey üçün Heydər Əliyevə borclu olduğunu vurğulayıb: “O, məni “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru təyin edib. Parisin Sorbonna Universitetində təhsilim üçün təqdimat verib. O vaxtlar bu, heç də asan deyildi, amma Heydər Əliyev təkid etdi. Bütün bunlar baş verməsəydi, həyatımın necə olacağını deyə bilmərəm. Lakin o, həyat dərsləri də verirdi. “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olduqdan üç ay sonra birinci səhifədəki sərlövhədə “26 Bakı komissarı” yerinə “26 Bakı sanitarı” getmişdi. Onda hamı dedi ki, artıq mənim karyeram bitib. Və həmin vaxt Heydər Əliyev məni qəbul etdi, diqqətlə mənə baxdı və dedi: “Bilirsən, Rafael, mən hətta səni işdən azad edə də bilmirəm, çünki bizdən soruşarlar, sənin kimisini necə təyin edə bilmişik”. Sonra bu söhbət səmimi xarakter aldı və hətta mənə töhmət belə verilmədi. Mən Heydər Əliyevin səmimi, atalıq qayğısını həmişə hiss etmişəm. Onun şəxsən mənə verdiyi dərsləri hər zaman xatırlayacağam”.

10 may günü səhər saatlarından birinci Fəxri Xiyabana ümumxalq axınları başlayır. Gün batana qədər davam edir. Bu xalqın, sadə insanların Ümummilli liderə sevgilərinin göstəricisidir. Dahi şəxsiyyətin məzarı isə ilin 365 günü dünya azərbaycanlıları, xarici turistlər, ictimai təşkilatlar tərəfindən ziyarət edilir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019