Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Oruc tutmaq yaxşıdır, bir şərtlə ki, hansı qidanı nə vaxt qəbul edicəyini biləsən" - Razen Maruf
Tarix: 10.05.2019 | Saat: 16:08:00
Bölmə:Maraqlı | çapa göndər

Dünyanın dörd bir yanında müsəlmanlar oruc tutur. Maraqlıdır ki, Şimal yarımkürəsi ölkələrində oruc müddəti çox uzun, güneyə getdikcə isə saatlar qısalır. Bəs gündəlik olaraq belə uzun müddət ac qalmaq orqanizmə necə təsir göstərir? Xüsusilə də yay fəslində orqanizmin isti ilə mübarizəsi fonunda nə baş verir? 

Orucun insan orqanizminə təsiri bir neçə mərhələdə özünü göstərir. Birincisi, insan orqanizmi oruc tutulduğunu minimum 8 saatdan sonra anlayır. Yəni sonuncu dəfə yeyilən yenək tamamən həzm olub, sovrulduqdan sonra.

İkinci mərhələdə orqanizm enerjiyə olan tələbatını qara ciyərdə və əzələlərdə toplanmış qlikozanı və ya digər adı ilə qan şəkərini  sovurmaqla ödəməyə başlayır. Qlikoza ehtiyyatı qurtardıqdan sonra növbə bədəndə toplanmış yağlara çatır.

 

Bu yerdə qeyd edək ki, yağların yanması bədəndə arıqlama ilə nəticələnir. Bu da öz növbəsində xolestronun səviyyəsinin düşməsinə və orqanizmdə diabet xəstəliyinə tutulma risqinin azalmasına səbəb olur. 

Bütün baş verənlər özünü fərqli şəkildə göstərir. Məsələn, qan şəkərinin - qlikozanın azalması nəticəsində bədəndə halsızlıq və uyuşuqluq yaranır. Aclığın ən yüksək mərhələsində isə artıq baş ağrısı, ürək bulanması başlayır və ağızdan kəskin iy gəlir. 

Orucluğun 3-7 günü ərzində orqanizmin su ilə təmininə fikir vermək lazımdır. Sahur və iftar yeməkləri arasında orqanizmin su qəbulu olmur deyə bədəndə tərləmə sürətlənir, maye itkisi başlayır. Ona görə də, xüsusilə də yayda, oruclu insanlar su qəbulu normasına fikir verməlidirlər. Çünki iftar və sahur vaxtları karbohidrat və bəzi yağların lazimi səviyyədə qəbulu enerji istehsalı üçün şərtdir. Eləcə də, protein, duz və su kimi bəlli qidaları da yemək lazımdır.

Orqanizm fiziki qüvvəsindən asılı olaraq 8-15 gün ərzində oruca tam alışır və bununla da üçüncü mərhələ başlayır. 

Kembric xəstəxanasının Anesteziya və reanimasiya şöbəsinin nümayəndəsi doktor Razen Mahruf deyir ki, üçüncü mərhələdə orqanizmə təsir güclənir. “Orucluqda gündəlik olaraq daha kalorili qida qəbul etdiyimiz üçün bir çox hallarda orqanizm xəstəlikləri dəf etmək kimi vacib vəzifəni yerinə yetirə bilmir" deyən mütəxəssis sözünə belə davam edir: “Orucun üçüncü mərhələsində orqanizmin virus və infeksiyalarla mübarizəsi güclənir və nəticədə bir çox xəstəliklərin sağalması başlayır". 

Doktor Marufun sözlərinə görə, Ramazan ayının ikinci yarısında artıq qalın bağırsaq, böyrək və dəri toksinlərdən qurtulmağa başlayır. Bu dönəmdə orqanlar maksimum şəkildə təmizləndiyi üçün yaddaş güclənir və bədənin enerjisi artır. 

Mütəxəssisə görə, oruc tutmaq yaxşıdır, bir şərtlə ki, hansı qidanın nə vaxt qəbul ediləcəyi bilinsin. 

Doktor Maruf sonda insanlara yaxşı bir məsləhət də verib. Deyib ki, Ramazan ayından başqa vaxtlar da bu məsələyə diqqət vermək olar. Məsələn, həftənin 5 günü sağlam şəkildə qidalanıb, son iki günü oruc tutmağın özü də orqanizmin saflaşmasına təsir edir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019