Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Soydaşlarımız "Ölümsüz alay"paradına qatılaraq Qələbə gününü qeyd edib
Tarix: 10.05.2019 | Saat: 17:38:00
Bölmə:Dünya | çapa göndər

9 May Qələbə günü münasibətilə dünyanın bir çox yerlərində olduğu kimi Rusiya Federasiyasının Naro-fominsk şəhərində də böyük insan kütləsi "Ölümsüz alay"paradına qatılmış bayramı təntənəli şəkildə qeyd edib.

Hafta.az-a daxil olan məlumata görə, bu möhtəşəm bayramı qeyd etmək üçün soydaşlarımız, Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin üzvləri də əllərində Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlı qəhrəmanların şəkilləri olan plakatlarını başları üstündə qaldıraraq parada qoşulublar.

Bu haqda məlumat verən Naro-fominsk Azərbaycanlıları Cəmiyyətinin sədri,Dünya Azərbaycanlılarının Asembleyasının sədrinin milli azlıqlar və dini məsələlər üzrə müşaviri Nicat İlyasov 9 May Qələbə günü münasibəti ilə hər kəsi o cümlədən xalqımızı səmimi qəlbdən təbrik edib: "9 may bayramı faşizm və nasizm üzərində parlaq qələbə deməkdir. İkinci dünya müharibəsi zamanı dünyanın bir çox xalqları kimi Azərbaycan xalqı da böyük əziyyət çəkib. 700 minə yaxın oğul və qızları ön cəbhədə vuruşub. Nəticə olaraq xalqımız yüz minlərlə şəhid verib. On minlərlə insanımız isə qəhrəman və qazi olub. İnşallah Allahın təqdiri ilə gələcək bayramlarımızı Qarabağda keçirmək arsuzu ilə Ali Baş Komandanın "Hücum"əmrini eşitmək bizlərə qismət olsun”.

Paraddan sonra soydaşlarımız böyük ziyafət təşkil edərək bayramı qeyd ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019