Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əmircanda 9 May – Qələbə Günü qeyd edilib
Tarix: 10.05.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonu Əmircan qəsəbəsində 9 May Qələbə Günü təntənəli şəkildə qeyd edilib. Tədbir başlamazdan əvvəl 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olan əmircanlıların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.

Tədbirdə Suraxanı RİH başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov Böyük Vətən müharibəsi veteranlarını, onların ailələrini bayram münasibətilə təbrik edərək bildirdi ki, 5 il gedən qanlı döyüşlərdə Azərbaycan oğulları da layiqincə döyüşüblər: “Azərbaycan müharibədə digər respublikalara nisbətən xüsusilə fərqlənib. Çünki müharibədə Azərbaycan nefti xüsusi rol oynayıb. Cəbhənin 90 faiz neft və yanacağını məhz Azərbaycan təmin edirdi. Böyük Vətən müharibəsinin fəlsəfəsi böyükdür. Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Mehdi Hüseyinzadə, Gəray Əsədov, Ziya Bünyadov kimi Azərbaycan oğulları müharibədə əfsanəvi qəhrəmanlıq göstərmişlər. Böyük Vətən müharibəsi iştirakçılarının qarşısında baş əyirik. Onlar qəhrəmanlıq simvoludur. Sözügedən müharibədə həlak olan Əmircan sakinlərinin tarixi salnaməsi göz qabağındadır. Bu gün onların övladları bu gözəl tədbirdə iştirak edirlər.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanımız Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək gözəl gələcəyə doğru addımlayır. O gün olsun ki, Azərbaycanın üçrəngli bayrağı Qarabağda, Xankəndidə, Şuşada dalğalansın”.
Böyük Vətən müharibəsi veteranı Xudu Abbasov gənc nəsillərə keçdiyi həyat yolundan, müharibənin qanlı-qadalı illərindən danışdı. Suraxanı RİH ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini, Dini Qurumlarla İşin təşkilatçısı Rəşid Məmmədov söylədi ki, bu gün qələbənin 74-cü ildönümünü qeyd edirlər: “İkinci Dünya müharibəsində iştirak edən 700 min azərbaycanlıdan 400 mini geri qayıtmayıb. Müharibədə bütün millətlərin birliyi döyüşərək, alman faşizm üzərində qələbə çaldı. Azərbaycanın 4 diviziyası Ural çayından tutmuş, Berlinə kimi gedib. Hətta ilk Qələbə bayrağını da Reystaxa elə azərbaycanlı taxıb. Bu gün Suraxanı rayonunda 9 nəfər ön cəbhədə döyüşmüş və 17 nəfər arxa cəbhədə çalışmış Böyük Vətən müharibəsi iştirakçısı sağ qalıb. Eləcə də rayonumuzda 110 nəfər müharibə iştirakçısının dul qadınları yaşayır. Biz heç zaman babalarımızın qəhrəmanlıq rəşadətini unutmayacağıq, onlar daim qəlbimizdə yaşayacaqlar.

Ölkə rəhbərliyinin sərəncamları əsasında onlara yüksək qayğı göstərilir. Möhtərəm prezidentimiz, cənab İlham Əliyev hər il Şəhidlər Xiyabanında Həzi Aslanovun abidəsi önündə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşlər keçirir”.
Tarixşünas-tədqiqatçı alim Fəridə Musayeva Suraxanı Maşınqayırma Zavodundan söz açaraq dedi ki, müharibə illərində ən çox silahlar adıçəkilən zavodda hazırlanıb. Onun sözlərinə görə, atası Kərim Ağababa oğlu həmin zavodda işləyib. Fədakarlıqlarına görə zavodun 3 nəfər işçisi Stalin ordeni ilə təltif edilib: ”Onlardan biri də mənim atam idi”.
Əmircan Bələdiyyəsinin sədri Rəfail Cəfərov, Qəsəbə Ağsaqqallar Şurasının sədri Tofiq Hüseynov, Xalq rəssamı Qəyyur Yunus və başqaları çıxışlarında, artıq 9 May Qələbə bayramının ənənəvi şəkildə hər il qəsəbədə təntənəli şəkildə qeyd etdiklərini söylədilər: “Bu təkcə rusların deyil, həm də biz azərbaycanlıların bayramıdır. Bu gün müharibə veteranları bütün gənclərə örnəkdir, bir məktəbdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Tədbir Əmircan qəsəbəsində fəaliyyət göstərən 84, 87, və 97 saylı məktəb şagirdlərinin ifalarında Vətənə, müharibəyə aid səsləndirdikləri şeir və bədii kompozisiya ilə başa çatdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019