Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəhid ailəsinin 10 ildir aldığı mənzilə köçə bilmədiyi bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 10.05.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Qarabağ şəhidinin həyat yoldaşı Sevil Ağayevanın 2009-cu ildə aldığı mənzilə hələ də köçə bilmədiyi bəlli oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir. Səbəb odur ki, onun aldığı mənzil özündən sonra daha iki nəfərə satılıb. Mənzilin satıldığı 3-cü şəxs mənzilin qapısının qıfılını dəyişərək şəhid xanımının evə daxil olmasına maneçilik törədir. Hazırda iş məhkəmədədir. Ancaq hüquqşünaslar deyirlər ki, mənzil ilk olaraq sevil ağayevaya satıldığı üçün qanuni üstünlük də məhz ondadır. İndi şəhid xanımı yeni günəşlidə 9 nəfərlik ailəsi ilə ikiotaqlı evdə qalır. Aldığı mənzilə 10 ildir ki, köçə bilmir. Sevil Ağayeva 2009-cu ildə ''Yeni Yasamal'' MTK-nın Yasamal rayonu Xiyabani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan 2 otaqlı mənzil alıb. Sonra məlum olub ki, həmin mənzil ondan sonra daha 2 nəfərə satılıb. Sevil Ağayeva deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Rayon və apelyasiya məhkəmələri xanımın xeyrinə qərar çıxarıb. Sevil Ağayeva deyir ki, həyat yoldaşı Qarabağ döyüşlərində şəhid olub. O, indi 3 övladı və onların ailəsi ilə Yeni Günəşlidə ikiotaqlı mənzildə yaşayır. Mənzil şəraitinin pis olduğunu deyən Sevil Ağayeva məsələnin ədalətli şəkildə həll edilərək mənzilin ona verilməsini istəyir.


Rusiyada Stalinə yeni abidə ucaldıldı


Rusiyanın Novosibirsk şəhərində İosif Stalinin abidəsi ucaldıldı. Hafta.az ONA-ya istinadla xəbər verir ki, Böyük Vətən müharibəsində Qələbənin 74-cü illiyi münasibətilə mayın 9-da şəhər merinin iştirakı ilə abidənin açılışı olub. Qeyd edək ki, üzərinə "Sovet İttifaqı generalssimusu Stalin" yazılmış abidə şəhərin Bolşevik küçəsində inşa edilib.


Qubada avtomobil ustası öz maşınında yandı


Quba rayonunda xəsarətlə nəticələnən yanğın qeydə alındı. Hafta.az-ın Musavat.com-a istinadla məlumatına görə, rayonun Vəlvələ kəndində avtomobil təmiri sexində yanğın baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Siracəddin Şaiq oğlu öz avtomobilini təmir edərkən nəqliyyat vasitəsində yanğın başlayıb. Müxtəlif yanıq xəsarətləri alan S.Məmmədov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Deputat parlament yaxınlığında güllələndi


Argentinada naməlum şəxslər deputat Ektor Olivaresi Konqres binası yaxınlığında güllələdilər. Hafta.az-ın yazdığına görə, "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputatın yanındakı şəxs ölüb, özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyata alınıb. İlkin məlumata görə, hücum edən şəxslər atəş açıblar, daha sonra gizləniblər. Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib.


Fişəng partladı - 4 uşaq öldü


Əfqanıstanın şimal-qərbində ölümlə nəticələnən partlayış baş verdi. Hafta.az yazır ki, Trend-in məlumatına görə, Fəryab vilayətində hərbi fişəngin partlaması nəticəsində 4 uşaq ölüb, daha 5 nəfər ağır yaralanıb. Polis nümayəndəsinin sözlərində görə, fişəng yol kənarında terrorçular tərəfindən Əfqanıstan döyüşçülərinə hücum üçün nəzərdə tutularaq yerləşdirilibmiş. Həlak olan uşaqların yaşı açıqlanmır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019