Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Attraksionlarda təhlükəsizlik məsələlərinə nəzarət edən mütəxəssislər var" - Ekspert
Tarix: 11.05.2019 | Saat: 17:27:00
Bölmə:Sosial | çapa göndər

Artıq yay başlayır. İsti ayların gəlişi uşaqlar üçün sevindirici olur. Valideynlər onları parklara aparır, müxtəlif əyləncə vasitələrindən istifadə etməsinə şərait yaradır. Bu gün şahidi olduğum mənzərələrdən biri də hündürmərtəbəli binaların qarşısında quraşdırılan mini əyləncə vasitələridir ki, problem də burdan başlanır. Beton döşəmə üstə quraşdırılan bu vasitələr uşaqların yıxılmasına, zədə almasına gətirib çıxara bilər. Bundan başqa, uşaqların sürüşdüyü bu dəmir pilləkənlərin qarşısında iri gövdəli ağacdı. Əgər uşaq oynarkən özünü saxlaya bilməsə, yıxılaraq həmin ağaca çırpıla bilər.

Maraqlıdır, parklarda quraşdırılan attraksionlara da nəzarət olunurmu?

Valideynlər deyir ki, uşaqların həvəsi var... Əgər icazə verməsək ağlayırlar.

Bəs, bu təhlükəlidir və siz görmədən gəlib istifadə etsələr təhlükəli ola bilər, heç bu haqda düşünmüsünüz? - sualına da cavab verənlər deyir ki, biz də bunu bilirik, amma uşaqlar da istirahət etməlidir.

Məsələ ilə bağlı sualımızı cavablandıran ekspert Azər Allahverənov bildirir ki, təhlükəsizlik baxımından həm parklarda , həm də belə yerlərdə quraşdırılan bu vasitələrə nəzarət olunmalıdır:

“Burada ən əsas məqsəd parklarda quraşdırlan attraksionlardır ki, onların təhlükəli olması dah qorxuludu. Hər bir attraksionun konkret rəhbərliyi var. Rəhbərliyin də ən vacib vəzifələrindən biri həmin attraksionların təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün konkret olaraq təhlükəsizlik məsələlərinə nəzarət edən mütəxəssislər var. Onlar məhz həmin attraksionun işlək vəziyyətdə olarkən hansı təhlükələr yarada biləcəyi və həmin təhlükələrin qarşısını necə almaq kimi məsələlər üzərində işlər aparırlar. Bu və ya digər formada attraksionların təhlükəsizlik məsələlərini təmin edirlər. Bu, ideal mənada belədir. Konkret olaraq yay aylarında attraksionlardan daha çox istifadə olunur. Amma məsələ ondan ibarətdir ki, gündə bunlardan istifadə edən minlərlə insanın heç də hamısı o attraksionlardan təhlükəsizlik istifadə qaydaları haqda məlumatlı olmur. Belə məqamda öhdəlik rəhbərliyin üzərinə düşür. Onlar təhlükəsizlik məsələlərini bir neçə aydan bir yox, hər gün nəzarətdə saxlamalıdırlar. Bu texnikadır. İstənilən vəziyyətdə sıradan çıxa bilər. Elə bir vəziyyət yarana bilər ki, insanların bu qurğudan istifadəni düzgün həyata keçirməməsi nəticəsində həmin texnika, qurğu sıradan çıxa bilər. Nəticə etibarilə bunu hər gün nəzarətdə saxlamaq lazımdır. Hər gün yoxlanışlar keçirilməli, bütün qurğular sınaqdan keçirilməlidir. Yalnız bundan sonra insanların ixtiyarına verilməlidir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019