Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün Litvada prezident seçkiləri və iki referendum keçirilir
Tarix: 12.05.2019 | Saat: 11:20:00
Bölmə:Dünya | çapa göndər

Bu gün Litvada növbəti prezident seçkiləri və onunla bir vaxtda ikili vətəndaşlığın tətbiqi və Seymin (parlamentin) deputatlarının sayının ixtisar edilməsi ilə bağlı iki referendum keçirilir.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

Dövlət başçısı postuna doqquz namizəd iddiadır. Ekspertlərin rəyinə və sosioloji sorğuların nəticələrinə əsasən, 54 yaşlı iqtisadçı Gitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrida Şimonite və 48 yaşlı Baş nazir Saulyus Skvernyalis seçkilərin favoritlərləri sayılır. Hazırkı prezident Dalya Gribauskayte ikinci müddətə bu postdadır və üçüncü müddətə namizəd ola bilməz.

Ekspertlər hesab edirlər ki, namizədlərdən hər hansı birinin ilk turda qalib gəlmək şansı çox azdır. Seçkilərdə qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks-təqdirdə iki həftədən sonra ikinci tur keçiriləcək.

Litva prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətə seçilir. Namizəd üçün yaş senzi (40 yaş) mövcuddur. O, həmçinin Litva vətəndaşı olmalı və azı son üç ili ölkədə yaşamalıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019