Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avroviziya - 2019” mahnı müsabiqəsi başladı
Tarix: 12.05.2019 | Saat: 23:51:00
Bölmə:Mədəniyyət | çapa göndər

İsrailin paytaxtı Tel-Əvivdə, Qabim teatrında “Avroviziya - 2019” beynəlxalq mahnı müsabiqəsinin 41 milli nümayəndə heyətinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutub.

Hafta.az xəbər verir ki, müsabiqə ənənəvi olaraq “narıncı xalı” mərasimi başlayıb.

Qeyd edilir ki, "Avroviziya kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Avroviziya 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müsabiqədə müğənni Çingiz Mustafayev təmsil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019