Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilir - FOTO
Tarix: 13.05.2019 | Saat: 10:29:00
Bölmə:Sosial | çapa göndər

Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə mayın 13-də “Gender bərabərliyi və media” mövzusunda konfrans təşkil olunub.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunub. Qeyd olunub ki, konfransın keçrilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır.

Konfransda 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də xarici və yerli ekspertlər iştirak edir.

Tədbirin açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, Səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, millət vəkili, AŞPA-nın Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı nəzərdə tutulur.

Konfrans çərçivəsində “Avropa Şurası, gender bərabərliyi və media azadlığı”, “Azərbaycan Demokratik Respublikası (ADR), qadın hüquqları və media”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və problemlər” mövzuları üzrə 3 sessiya ətrafında müzakirələr keçirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019