Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Emin Milli Prezident İlham Əliyevdən üzr istəyib
Tarix: 13.05.2019 | Saat: 10:00:00
Bölmə:Sosial | çapa göndər

“Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istəyib.

Hafta.az xəbər verir ki, bu barədə E.Milli özünün Facebook səhifəsində yazıb. 

“İlham Əliyevdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”, - deyə o qeyd edib.

Emin Milli bildirib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır: “Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər”.

“Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.

...Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.

Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə”, - Emin Milli əlavə edib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019