Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gələn qonaqlar Azərbaycanın nə qədər yüksək mədəniyyətə malik olduğunu görürlər - Millət vəkili
Tarix: 13.05.2019 | Saat: 11:27:00
Bölmə:Siyasət | çapa göndər

Təəssüflər olsun ki, Azərbaycanın Avropaya inteqrasiya etməsini, iş birliyi qurmasını, mədəni, idman, iqtisadi əlaqələri gücləndirməsini, hüquqi müstəvidə münasibətləri yaxşılaşdırmaq fikrində və təşəbbüsündə olmasını istəməyənlər var. Avropada müəyyən qüvvələr vardır ki, bunun əleyhinədirlər. 

Bu fikirləri hafta.az-a millət vəkili Musa Quliyev mayın 29 da Bakıda UEFA kuboku finalının keçirilməsinə qarşı anti-qüvvələrin səsləndirdiyi qərəzli fikirlərə münasibət bildirərkən deyib.

M. Quliyevin fikrincə burada müxtəlif səbəblər var: “Erməni lobbisinin təsiri, xiristian-müsəlman amili, türk dünyasına olan qısqanclıq amili kimi nüanslar vardır. Bunlar müxtəlif bəhanələrlə Azərbaycanda görülən beynəlxalq əhəmiyyətli böyük tədbirlərə kölgə salmağa, ya da boykot etməyə, bəzən də tədbirlərinin keçirilmə səviyyəsini aşağı salmağa cəhd göstərirlər. Bildiyimiz kimi, bu niyyətlər artıq birinci dəfə deyil. “Eurovision” musiqi yarışması da dünyada ən yüksək səviyyədə, məhz elə Azərbaycanda keçirildi. Həmin ərəfədə də belə söz-söhbətlər olmuşdu. İndi də futbolla bağlı heç bir əsası olmayan fikirlər irəli sürürlər. Bunlar isə keçici şeylərdir. Azərbaycan öz işini elə qurub ki, son nəticədə bütün tərəflər razı qalırlar. Gələn qonaqlar Azərbaycanın nə qədər yüksək mədəniyyətə malik olduğunu, iqtisadi-siyasi münasibətlərin yüksək səviyyədə olmasının şahidi olurlar. Hesab edirəm ki, belə məsələlər bizim ictimaiyyəti qıcıqlandırmalı deyil. Özümüzü subut etmək üçün çalışmalıyıq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019