Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlahiyyat İnstitutunda “Etik davranış qaydaları” mövzusunda seminar keçirilib
Tarix: 13.05.2019 | Saat: 12:57:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərovanın təqdimatında “Etik davranış qaydaları” mövzusunda seminar təşkil edib.

Aİİ-dən hafta.az-a verilən məlumata görə, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.

Mövzunun aktuallığına toxunan Ə.Niyazov vurğulayıb ki, etika fəlsəfənin ən böyük hissələrindən biri olub, insan mənəviyyatını əhatə edir, həmçinin onun fəaliyyətini, məqsədini, davranışını, dəyərlərini araşdırır. Etik davranış qaydaları insanların bir-biri ilə, cəmiyyətlə, dövlətlə münasibətlərini tənzimləyir.

“Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Etik davranış qaydaları” mövzusunda çıxış edərək, etika haqqında ətraflı məlumat verib. Bildirib ki, əxlaqi fəaliyyət gündəlik həyatda doğru-düzgün olmaq; yalan danışmamaq; insanlara hörmət etmək və kömək göstərmək; başqalarının haqqını əlindən almamaq və digər davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. Qeyd edib ki, davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və bir-birlərinə olan münasibətində özünü göstərir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir. Hüquqi nizamlama kimi, əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin fərd tərəfindən şüurlu surətdə mənimsənilməsini nəzərdə tutur.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Bu günədək 499,28 ton yaş barama təhvil verilib
Orduda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - FOTO
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
Turistlərin mənzilindən oğurluq edən qadın saxlanılıb