Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ayı ovçuların yemək çantasını alıb qaçıb
Tarix: 13.05.2019 | Saat: 14:02:00
Bölmə:Maraqlı | çapa göndər

Rusiyanın Kamçatka bölgəsində maraqlı hadisə yaşanıb. Ovçular magistral yolun kənarında dayanan nəhəng boz ayıya yemək vermək vermək üçün maşını saxlayıblar. Bu zaman heç kimin gözləmədiyi şəkildə, ayı maşının açıq yük yerindən qida dolu çemodanı götürüb meşəyə qaçır.

Hafta.az yazır ki, hadisədən özünü itirən ovçular nə qədər qışqır-bağır salsalar da, ayı ağzında tutduğu çemodanı atmır. Sonda məcbur olan ovçular tüfəngdən atəş açsalar da, ayı ağacların arasında gözdən itir.

Mütəxəssislər hadisəyə münasibət bildirərkən yenidən xəbərdarlıq ediblər ki, ayı yırtıcı heyvandır və kimsə onu yedirmək fikrinə düşməməlidir. Çünki bu zaman heyvanın qarşısındakı adama hücum etmə ehtimalı 90 faizdən yüksəkdir.

Qeyd edək ki, yalnız 2018-ci ildə Kamçatkada insan hayatına təhlükə törədən 70 ayı vurulub. Hadisələrin əksəriyyəti məhz yol kənarlarında ayılara yemək vermək istənilərkən yaşanıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019