Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Əcnəbilər ölkəmizə gələcək və bu bəyanatın yalan olduğuna özləri əmin olacaqlar"- Deputat
Tarix: 13.05.2019 | Saat: 13:53:00
Bölmə:Siyasət | çapa göndər

"Xarici ölkələrin müvafiq sturkturları adətən böyük toplantılar ərəfəsində belə bəyanatlar verirlər. Bu, adi haldır.  Lakin ölkəmizə münasibətdə səsləndirilən bu bəyanat başdan-başa qərəzli və əsassızdır.

 Bu sözləri hafta.az millət vəkili, professor Musa Qasımlı mayın 29 da Bakıda UEFA kubokunun finalının keçirilməsi ilə bağlı Azərbaycan haqqında növbəti dəfə qərəzli fikirlərə münasibət bildirərkən dedi.

Millət vəkilinin fikrincə, bəyanatı verənlər yaxşı bilirlər ki, bu gün nəinki dövlətimizin paytaxtı Bakı şəhəri, eləcə də bütün rayon, qəsəbə və kəndlər yaşamaq və gəzmək təhlükəsizdir:

“Həmin bəyanatın əsassızlığını bilmək üçün müqayisə edin: demokratiyadan və təhlükəsizlikdən dəm vuran şəxslərin ölkələrinin paytaxtlarında axşam saatlarında adamlar küçələrdə nə qədər olur? Adamlar evlərinə girib qapını bağlayır, qonşuda adam öldürsələr də yardıma getmirlər. Məktəblərdə, barlarda  silahlar açılır, şagirdlər, körpələr, dinc insanlar öldürülür. Bizdə isə əksinədir. Gecə saatlarında Milli Parka çıxsanız nə qədər xarici ölkə vətəndaşlarını görərsiniz. Bir neçə il əvvəl ABŞ-dan bir professor dostum gəlmişdi. Onu yeməkdən sonra axşam otelə qoydum və yatmağa yaxın vəziyyəti ilə maraqlanmaq üçün zəng etdim. Cavab vermədi. Sabah görüşdükdə zəng etdiyimi, lakin cavab vermədiyini dedim. Söylədi ki, dəniz kənarında gəzirmiş və ona heç kim bir söz də deməyib. Mən təəccüblənərək dedim ki, bəs necə olmalıdır? O, yaşadığı şəhərdə axşam saat 20:00-dən sonra küçəyə çıxmağın və metroya minməyin qorxulu olduğunu bildirdi. Eyni sözləri bir polyak tarixçi dostum da Bakıda mənə demişdi. Hesab edirəm ki, xaricilər ölkəmizə gələcək və bu bəyanatın yalan olduğuna özləri əmin olacaqlar."

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019