Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu cür bəyanat Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmır – Hikmət Babaoğlu
Tarix: 13.05.2019 | Saat: 14:20:00
Bölmə:Siyasət | çapa göndər

“İlk növbədə bu cür bəyanat Britaniya-Azərbaycan münasibətlərinin ruhuna yaraşmır. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər. Beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, bu bəyanat obyektiv deyil. Ümumiyyətlə, rəsmi bir orqan hansısa bir məlumat yayırsa, mütləq bunun əsasları olmalıdır: “Bu gün Azərbaycan kriminal duruma görə ən sabit ölkələrdən biridir. Bəyanatda adı çəkilən oğurluq halları Azərbaycanda yoxdur və yaxud çox azdır. Etik davranışla bağlı ölkəmizdə problemlər yoxdur. Ona görə də düşünürəm ki, burada başqa məsələni axtarmaq lazımdır. Hesab edirəm ki, bu bəyanatın siyasi köklərinə enmək lazımdır. Burada antiazərbaycançı mərkəzlərin dəsti-xətti aydın görünür. Ümumiyyətlə həmişə bu kimi beynəlxalq tədbirlər həyata keçirləndə biz bu və ya digər mərkəzlərin, eləcə də bəzən QHT-lərin, bəzən isə insan hüquqları təşkilatlarının, rəsmi dövlətlərin, müxtəlif qurumların bəyanatlarının şahidi oluruq ki, bu Azərbaycana qarşı əslində bir qarayaxma kampaniyasıdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Düşünürəm ki, bu doğru deyil. Biz birinci Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, Formula-1 yarışlarını keçirmişik. Bu cür tədbirlərin heç birində hansısa kriminal hadisə baş verməyib. Bütün tədbirlər yüksək təhlükəsizlik şəraitində baş tutub. Əminik ki, bu kütləfi tədbir də ən yüksək səviyyədə baş tutacaq və bu da antiazərbaycançı mərkəzlərə ən yaxşı cavab olacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019