Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ən yaxşı hava limanları - SİYAHI
Tarix: 13.05.2019 | Saat: 14:26:00
Bölmə:Sosial | çapa göndər

AirHelp şirkəti, 40 fərqli ölkədə 40 mindən çox sərnişin arasında sorğu keçirərək dünyanın ən yaxşı hava limanlarının siyahısını hazırlayıb. 

Hafta.az yazır ki, "AirHelp"in mütəxəssisləri hava limanlarındakı uçuş-enmə proqramlarının uyğunluğu, sərnişinlər üçün münbit şəraitin yaradılması, xidmətin keyfiyyəti, mağaza və kafelərin mövcudluğu kimi parametrləri və sair dəyərləndiriblər. Siyahıda ümumilikdə 132 hava limanının adı keçir. 

Siyahıda ilk onluğa daxil olan hava limanları aşağıdakılardır: 

1. Hamad International Airport (Doha, Qətər), 2. Tokyo International Airport (Tokio, Yaponiya), 3. Athens International Airport (Afina, Yunanıstan), 4. Afonso Pena International Airport (Kuritiba, Braziliya), 5. Gdansk Lech Walęsa Airport (Qdansk, Polşa), 6. Moscow Sheremetyevo International Airport (Moskva, Rusiya), 7. Singapore Changi Airport (Sinqapur), 8. Hyderabad Rajiv Gandhi International Airport (Heydərabad, Hindistan), 9. Tenerife North Airport (Tenerife, İspaniya), 10. Viracopos/Campinas International Airport (Kampinas, Braziliya).

Dünya şöhrətli San Francisco Airport 71-ci, London Heathrow Airport siyahıda 73-cü, Vienna International Airport 85-ci, New York John F.Kennedy International Airport 86-cı, Moscow Domodedovo Airport 92-ci, London City Airport 104-cü, Dubai International Airport 111-ci, dünyanın ən iri hava limanlarından olan Frankfurt International Airport 113-cü, Paris Charles de Gaulle Airport 121-ci sırada qərarlaşıb. Siyahəda sonuncu - 132-ci yerə Lissabon hava limanı layiq görülüb. 

Türkiyənın hava limanlarından yalnız "Sabiha Gökçen" siyahıda 29-ci pillədə yer almaqdadır. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019