Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AQTA yeni layihəyə start verib
Tarix: 13.05.2019 | Saat: 15:24:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qida təhlükəsizliyinin təmin edilməsi prosesində aktiv iştiraka dəvət edir. Bununla bağlı Agentlik yeni layihənin pr kampaniyasına başlayıb. Kampaniya çərçivəsində Agentliyin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən #TUTGƏLDİ hashtag-ı ilə video paylaşılıb.

Hafta.az xəbər verir ki, agentliyin mətbuat katibi Aysel Fərziyeva açıqlamasında bildirib ki, #TUTGƏLDİ qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktivliyini təmin etmək məqsədilə hazırlanan yeni layihənin sloqanıdır: “İlkin olaraq onu deyə bilərəm ki, #TUTGƏLDİ hashtagı ilə paylaşılan layihənin əsas məqsədi vətəndaşları qida təhlükəsizliyinin təmin edilməsində aktiv iştiraka cəlb etməkdir. Bu məqsədlə bütün innovativ imkanlardan istifadə edirik. Layihə yaxın günlərdə geniş ictimiayyətə təqdim ediləcək”.

Qurum rəsmisinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların hüquqlarının qorunması istiqamətində müntəzəm tədbirlər həyata keçirir. Həyata keçirilən tədbirlərin məqsədi qida zəncirinin bütün mərhələlərinə ictimai nəzarət mexanizmini formalaşdırmaqdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019