Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Heç kim uşaqların hüquqlarını poza bilməz” – Hicran Hüseynova
Tarix: 13.05.2019 | Saat: 15:13:00
Bölmə:Siyasət | çapa göndər

“Uşaq əməyinin nə demək olduğunu düzgün başa düşmək lazımdır. Tutaq ki, biz hansısa bir rayondan danışırıq. Bu rayonda hansısa bir ailə, ailənin bütün üzvləri əl əməyi ilə məşğuldur. Bir fermer təsərrüfatı var və hər kəs – istər uşaq, istərsə də böyük orada təsərrüfatla məşğuldur. İlk baxışda deyə bilərlər ki, 15-16 yaşlarında olan bir uşaq nə üçün gedib orada işləməlidir. Amma bu bir ailədir və ailənin hər bir nümayəndəsi orada gündəlik təsərrüfat işləri ilə məşğul olur. Əlbəttə ki, bu işlər uşaqların təhsildən yayınmasına gətirib çıxarmamalıdır”.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Hicran Hüseynova bildirib ki, heç kim uşaqların hüquqlarını poza bilməz: “Amma hansısa formada öz ailəsinə, yaxınlarına dəstək vermək istəyirlərsə, etsinlər. Buna uşaq əməyindən istifadə damğası düzgün deyil. Biz bunu hər yerdə görə bilərik. Bütün ölkələrdə uşaqlar valideynlərinə kömək edirlər. Belə bir anlayış nə ABŞ-da, nə də başqa bir dövlətdə mövcuddur. Burada söhbət nədən gedir? Bizim əsas məqsədimiz odur ki, uşaqlar təhsildən yayınmasınlar. Onlar öz hüquqlarını bilsin. Dövlət və dövlət nümayəndələri olaraq bizim əsas işimiz bundan ibarətdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019