Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamda məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirilib
Tarix: 13.05.2019 | Saat: 16:48:00
Bölmə:Sosial | çapa göndər

Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsinin müdiri, Əməkdar həkim, T.E.N. Mahirə İsmayılovanın rəhbərliyi ilə tibbi heyət mayın 11-də Ağdam rayonunun Ergi ərazisindəki Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib.

Bu barədə Trend-ə klinikadan məlumat verilib.

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ciddi diqqət və həssaslıqla yanaşır. Dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək məqsədi ilə “Qarabağa sağlam nəsillə qayıdaq !“ birgə layihəsi start götürüb.

Dr.Mahirə İsmayılova Ağdam sakinləri ilə görüşdə bildirib ki, “Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında olsa da, hər bir azərbaycanlı əmindir ki, biz Qarabağımıza qayıdacaq, quruculuq işləri aparacağıq: "Bunun üçün bizə sağlam nəsil lazımdır. Sağlam nəsil isə sağlam qadından başlayır. Bu fikri rəhbər tutaraq biz “Qarabağa sağlam nəsillə qayıdaq” devizi ilə layihəyə start verdik. Layihəyə birinci olaraq təmas xəttində yerləşən Ağdam rayonunun Mirzələr qış yatağında məskunlaşan məcburi köçkünləri cəlb etdik".

Xeyriyyə aksiyası zamanı 100-ə yaxın Ağdam, Şuşa və Laçın rayonlarından olan məcburi köçkün qadınlar ginekoloji müayinədən keçirilib, onlara ilkin diaqnoz qoyularaq müvafiq müalicə təyin edilib, maarifləndirici materiallar, pulsuz dərman və hədiyyələr paylanılıb.

Dr.Mahirə İsmayılova eyni zamanda bildirib ki, Respublikamızın digər ərazilərində məskunlaşan məcburi köçkün qadınlar üçün də tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019