Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pirallahıda hesabat yığıncağı keçirilib
Tarix: 13.05.2019 | Saat: 18:00:00
Bölmə:Sosial | çapa göndər

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hafta.az xəbər verir ki, hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verdi. RİH-in başçısı çıxışı zamanı qeyd etdi ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılmışdır. Bundan əlavə Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli; 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.

Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.

Yekunda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslərin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019