Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Britaniya kral ailəsinin acı reallığı və ya ledi Diananın səs yazısı
Tarix: 13.05.2019 | Saat: 17:05:00
Bölmə:Maraqlı | çapa göndər

Dünya ictimaiyyətinin heyranlıqla xatırladığı, şahzadələr Villiam və Harrinin anası, əfsanəvi ledi Diananın müəmmalı qəza nəticəsində həlak olmasından 22 il sonra ölümün gizlinləri tədricən gün işığına çıxmağa başlayıb. Bu gürçəkliklər nələrdir, doğrudurmu, yanlışdırmı – ledi Diananın öz etirafları bütün bunlara aydınlıq gətirir. Öz etirafları dedikdə, təbii ki, son zamanlar ortaya çıxmış səs yazıları nəzərdə tutulur.

İngilis yazıçı Andrev Mortonun “Diana: gerçəklik hekayəsi” adlı kitabında yer verilən səs qeydindən sitatlara görə, ledi Diana hələ kral sarayında yaşadığı müddətdə intihar etməyə cəhd göstərib. Məlum olub ki, o, 1982-ci ilin yanvar ayında, şahzadə Villiama dörd aylıq hamiləykən özünü pilləkənlərdən üzüaşağı atıb. Səbəb nəydi? Səs yazısından qeydlərə istinad edək: “Dörd aylıq hamiləykən ərimin diqqətini çəkmək, mənimlə az da olsa maraqlanması, dedikləri dinləməsi üçün özümü pilləkənlərdən aşağı atdım. Dəfələrlə Çarlza özümü çox aciz hiss etdiyimi, ağlaya ağlaya məhv olduğumu desəm də, əhəmiyyət vermirdi. Hər dəfə deyirdi ki, guya yalandan artistlik edirəm. Həmin gün “Sənə qulaq asmayacağam. Həmişə mənə belə edirsən. Əl çək, mən at çapmağa gedirəm” deyib məndən uzaqlaşdı. Mən də özümü pilləkənlərdən atdım. Yerə sərili qaldığım zaman kraliça yanıma gəldi – yamanca qorxmuşdu”.

Ledi Diana bətnindəki körpəsinin həlak olmayacağını yaxşı bilirdi və ona görə də ürəyi rahat idi. Hesab edirdi ki, ən azından baş verənlər əri Çarlza təsir edəcəkdi. Amma əbəs yerə bu ümidə qapanıb. Şahzadə Çarlz saraya qaıtdıqda arvadının başına gələnləri eşitsə də, hətta onun hamilə olduğunu nəzərə alıb narahatlıq keçirməyib. Sanki heç nə olmayıbmış...

Əlacsızlıqda yatağında ağlayan ledi Diana kimsənin onu anlamayacağına, bax beləcə, əmin olub.

Ledi Diana daha bir maraqlı məqama işarə edib. Deyib ki, hələ nişanlı olduqları zamanlar müəyyən qədər kökəlibmiş və Çarlz buna görə ona atmaca atıb. Bu da çıxış yolu kimi diet saxlamağa başlayıb. Hətta o dərəcədə ac qalıb ki, onda “Bulimia” adlı xəstəlik yaranıb. Şahzadə Çarlzdan boşanandan sonra kraliça hər kəsə Diananın guya bu xəstəliyinə görə ərindən ayrıldığını deyirmiş.
Ledi Diana deyir: “Depressiyadan çıxmağıma kimsə yardım etmirdi, əksinə, hamı düşünürdü ki, ərimə əzab yaşadıram. Amma əslində sakit qalmağa, dincəlməyə ehtiyacım vardı”.

Yazıçı Andrev Mortonun kitabında yazılanlara görə, Diana Çarlzla nişanlananda cəmi 16 yaşı varmış. Şahzadə Diananın böyük bacısı ilə tanış idi və onu da beləcə görə bilmişdi. 1981-ci il iyulun 29-da təmtəraqlı toydan sonra kral sarayına gəlin köçən Diana beləcə öz azadlığını itirib. Yazıçının qeydlərinə görə hələ toyda başlayan fərqlilik Diananın digər soylu qadınlardan fərqli yaşam tərzi keçirəcəyini sərgiləyirdi. Amma təəssüf ki, bu istək onun həyatını sonlandıracaqdı...

Problemlər açıq şəkildə nə zaman başlayıb? Ledi Diana ərinin hansısa evli qadınla eşq macərası yaşadığını öyrənib. Hansı ki, o, toy günü ənənəvikral andı içmişdi ki. öz həyat yoldaşına tam sadiq qalacaq. Amma Diananın varlığı Çarlzı heç maraqlandırmırmış. Beləliklə, şahzadə Çarlz evli qadın Kamilla Parker Bovleslə eşq macəralarını rahatca davam etdirib. Təbii ki, ledi Diana bunu bağışlaya bilməzdi. O, kral tarixində ilk dəfə olaraq sarayın daxili sirrini cəmiyyətə açır. Təxminən 23 milyon izləyiçisi olan BBC-yə müsahibə verərək ərinin ona xəyanət etdiyini bildirir. Məhz o müsahibədən sonra dünyada ledi Diananı sevənlərin sayına daha neçə milyon pərəstişkarı əlavə olundu. Amma qarşılığında kral sarayı qəzəbləndi və Çarlz bunu bəhanə edərək boşanmağa qərar verdi.

Boşanmanın ardından ledi Diana, əslən pakistanlı olan ürək cərrahı Hasnat Xanla sevişir. Amma fərqli din və mədəniyyətlər, üstəlik Diananın boşanmış olması bu cütlüyün evlənməsinə əngəl olur və ayrılırlar. Bir müddət sonra bəxtsiz Diana Dodi əl-Fayedlə görüşməyə başlayır. Ancaq paparazilər onları rahat buraxmır və cütlük məcburiyyət qarşısında qalaraq Parisə köçür.

Bu isə Ledi Diana üçün son səfər olur. Belə ki, günlərin birində Diana və Dodi “Ritz Otel”'dən çxarkən böyük bir paparazi ordusu ilə üz-üzə gəlirlər. Onlar birtəhər suallardan yayınaraq maşına otururlar və sərxoş sürücü maşını işə salaraq sürətlə oradan uzaqlaşır. Amma özündə olmayan sürücü dalanlardan birindən sürətlə burulanda qəza törədir. Hadisə zamanı ledi Diana, Dodi və sürücü yerindəcə həlak olur. Yalnız Diananın cangüdəni ağır yaralı da olsa qurtulur. Amma onu yeganə şahid kimi gizlədirlər və ondan indiyədək bir xəbər yoxdur.

Qəza xəbəri ildırım sürətilə dünyaya yayılıb və hər kəs hadisənin sui-qəsd olduğunu anlayır. Buna əsas da vardı. Çünki ledi Diana artıq siyasi fiqura çevrilməkdəydi. Üstəlik sevgilisi Dodi ona yetərincə maliyyə dəstəyi verdiyi üçün kral sarayı ciddi narahatlıq keçirirdi.Həm də təsadüf, ya zərarurət idi ki, qəzadan az əvvəl ledi Diananın hamilə olduğu və Dodi ilə evlənməyə hazırlaşdıqları barədə məlumatlar dünyanın hər yerində manşetləri bəzəməkdəydi. Həm də, qəzadan sonra ətrafdakı kamera qeydlərinə baxılıb, sürücüdə sərxoşluğa dair hər hansı əlamət duyulmadığı təsbitlənib. Digər yandan da, İngiltərə hökuməti bu məsələni rəsmi Sirlər Qanunu çərçivəsinə salaraq gizlətməkdədir. Qəza zamanı və ondan sonra çəkilən bütün fotoşəkillər paparazilərdən təkidlə toplandığı üçün qeyri-rəsmi də heç nə ortaya çıxmayıb.

Bu yerdə qeyd edək ki, son zamanlar ledi Diananı addım-addım izləyən fotoqraf Ceyms Andansonun da 2000-ci ildə yanmış avtomobilinin içində kömürə dönmüş cəsədi tapılıb. Bütün bunlar isə ledi Diananın təsadüfən həlak olmadığını yüz faiz təsdiqləyir.

Beləliklə, kral ailəsi ledi Diananın ölümü ilə bağlı cinayət işinin bağlanmasına nail olur. Bununla da 31 avqust 1997-ci ildə, gecə saat 00:30-da həyatla vidalaşdırılan ledi Diana özündən sonra onillər boyunca açılmayacaq müəmmalar və onu xatırlayacaq milyonlarla pərəstişkarının gözündə yaş qoydu...

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019