Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda tanınmış həkim çay içdiyi yerdə can verdi - GÜNÜN TƏZADLARI
Tarix: 13.05.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Tanınmış həkim, Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan ziyalı Sirac Səfərov vəfat etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Tibb Universitetində və bir sıra xəstəxanalarda çalışmış Sirac Səfərov bazar günü Bakı şəhərində çay bağçasında qəfil vəfat edib. Belə ki, o, dostları ilə çay masası arxasında olarkən qəfil halı pisləşib və yerindəcə dünyasını dəyişib. Allah rəhmət eləsin.


Cəlilabadda direktor kabinetində öldü


Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapıldı. Hafta.az yazır ki, "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib. Məlumata görə, mərhum bazar günü günorta saatlarında vəfat edib. Onun meyiti isə bazar günü gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.


Milli Məclis üzvünün oğlu qəzaya düşdü


Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşdü. Hafta.az yazır ki, ONA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur. Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.


Xətaidə şirkət rəhbərini maşın vurub öldürdü


Bakıda şirkət rəhbərinin ölümü ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Xətai rayonu ərazisində, Nobel və Babək prospektlərini bir-biri ilə birləşdirən Fəzail Bayramov küçəsində Azərbaycan Dəmir Yolları Qapalı Tipli Səhmdar Cəmiyyətinin Keşlə stansiyasının əməkdaşı Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlu hadisə yerində vəfat edib. Qeyd edək ki, vəfat edən şəxs biznesmendir və “VÜQAR-2” MMC-nin sahibidir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Evə dolu əlyehinə raket düşdü


Gürcüstanın Siğnaqi bələdiyyəsinin Cuqani kəndində dolu əleyhinə raket kəndlilərdən birinin evinə düşdü. Hafta.az-ın yazdığına görə, ONA-nın Gürcüstan bürosu xəbər verir ki, evin damından daxil olan raket mərmisi tavan örtüyünü də dələrək yaşayış otağına keçib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni araşdırır.


Bərdədə “KamAZ” təkəri partladı - usta xəsarət aldı


Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət aldı. Hafta.az yazır ki, "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib. 1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov "KamAZ" markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə M.Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.


Döyüş zamanı cüdoçunun kimanosundan telefon düşdü


Bakıda bu gün başa çatacaq cüdo üzrə “Böyük dəbilqə ” turnirində maraqlı hadisə baş verdi. Hafta.az yazır ki, bu haqda Virtualaz.org xəbər verib. Portuqaliyalı idmançı Anri Equtidze qarşıdurma vaxtı kimonosundan düşmüş mobil telefona görə yarışlardan uzaqlaşdırılıb. Gürcümənşəli portuqaliyalı, çox güman ki, telefonunu soyunub-geyinmə otağında gizlətməyi unudub və beləcə tatami üzərinə çıxıb. Onun isveçli rəqibi hakimə müraciət edərək yerə düşmüş telefonu göstərib. Bundan sonra Equtidze yarışlardan kənarlaşdırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019