Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslam dini eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir - FOTO
Tarix: 13.05.2019 | Saat: 22:52:00
Bölmə:Sosial | çapa göndər

İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.

Hafta.az trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini ekstremizm və radikalizmlə mübarizəyə həsr olunmuş seminar-müşavirədə deyib.

G.İsmayılov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir.

Sədr müavini onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər.

Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında da məlumat verən G.İsmayılov qeyd edib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Xaricdəki bəzi dairələr tərəfindən İslamın terrorla eyniləşdirildiyini diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, Yaxın Şərq ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini bildirən sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib.

Dini radikalizmlə mübarizədə hər kəsi ayıq-sayıq olmağa çağıran S.Heydərov deyib ki, dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019
KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib - FOTO
Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər - XİN
Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi
Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib - FOTO
Binəqədidə Qurtuluş Günü ilə əlaqədar konsert keçirilib - FOTO
“Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir” - Müdafiə naziri
Sabah 38 dərəcə isti olacaq - Proqnoz
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Novruz Məmmədov Düşənbədə Zirvə toplantısında iştirak edib - FOTO
DTX-də Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib